Mahdi Kamara “Renn”ə keçib.

"Unikal" xəbər verir ki, "Renn" 27 yaşlı yarımmüdafiəçinin “Brest”dən transferini rəsmən açıqlayıb. Tərəflər 2029-cu ilə qədər müqavilə imzalayıblar.

"L’Equipe"nin məlumatına görə, transferin məbləği 8 milyon avro təşkil edib.

Qeyd edək ki, ötən mövsüm Liqa 1-də Kamara 34 oyun keçirib, 5 qol və 3 məhsuldar ötürmə edib.