Bu gün İspaniya və Fransa çempionatlarında yeni mövsümə start veriləcək.

"Unikal" xəbər verir ki, futbol azarkeşləri ilk oyun günündə La Liqada iki, Liqa 1-də isə bir matça şahidlik edəcəklər.

İspaniya çempionatında mövsümün açılış oyununda “Jirona” doğma meydanda “Rayo Valeykano”nu qəbul edəcək. Digər görüşdə isə “Vilyarreal” La Liqanın yeni iştirakçısı “Real Oviedo”nu sınağa çəkəcək. Qarşılaşmalar müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00 və 23:30-da başlayacaq.

Fransa Liqa 1-də isə yeni mövsüm “Renn” – “Marsel” oyunu ilə start götürəcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, İspaniya çempionatında turun digər oyunları 16, 17, 18 və 19 avqustda, Liqa 1-də isə 16-17 avqustda keçiriləcək.