İngiltərənin “Nyukasl” klubu komandadan ayrılmaq istəyən Aleksander İsakı cəzalandıra bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun Premyer Liqada “Aston Villa” və “Liverpul”la keçiriləcək oyunları boykot etməsidir.

“Liverpul”a keçmək istəyən İsveç millisinin üzvü hazırda komanda ilə birgə məşqlərə çıxmır.

Klub forvarda qarşı hələlik rəsmi olaraq cərimə tətbiq etməyib. Amma futbolçu sözügedən oyunlara çıxmayacağı təqdirdə, cərimələnəcək.

A.İsakın “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.