Almaniyanın “Leypsiq” komandası heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Türkiyənin “Göztepe” komandasından Romulonun transferini rəsmiləşdirib.
23 yaşlı hücumçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı forvard 2024-cü ildən Superliqa klubunda çıxış edirdi.