Xaçmazda qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

"Unikal"ın məlumatına görə, Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində "KİA" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ağır bədən xəsarətləri alan Quba rayonu Alekseyevka kənd sakini 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, həkimlərin səylərinə baxmayaraq ölüb.

Faktla bağlı raşdırmalar davam etdirilir. 

Asiman Qaraca

***09:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.