İtaliyanın “Napoli” komandası ciddi itki ilə üzləşib.

"Unikal" xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos"la yoldaşlıq oyununda zədələnən Romelu Lukakunun durumu yaxşı deyil.

Tibbi müayinədən sonra belçikalı forvardın sol bud əzələsində yırtıq aşkarlanıb. Ulduz futbolçunun müalicə prosesinin ən azı 3 ay çəkəcəyi və onun yaşıl meydanlara 2026-cı ilin yanvar ayında qayıdacağı gözlənilir.