Misli Premyer Liqasında cari mövsümdə ilk Azərbaycan derbisinin hansı turda keçiriləcəyi müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə əksini tapıb.

"Qarabağ" - "Neftçi" matçı XI tura təsadüf edəcək. Bu turun görüşləri noyabrın 7-9-u aralığında keçiriləcək.

Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.