Füzuli Ələkbərovun nazirliyi ilə bağlı problemlər bitmək bilmir
11:20 02-10-2013
CƏMİYYƏT
Füzuli Ələkbərovun nazirliyi ilə bağlı problemlər bitmək bilmir
Sosial müdafiə sahəsində acınacaqlı vəziyyət baş prokuroru da dilə gətirdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşların ən çox şikayətləndiyi qurumların başında gəlir. Bunu Füzuli Ələkbərovun nazirliyindən istər ən yuxarı dövlət qurumlarına, istər hüquq-mühafizə orqanlarına, istərsə də kütləvi informasiyak vasitələrinə şikayət xarakterli müraciətlərin statistikası da təsdiqləyir.
Sosial müdafiə sahəsində acınacaqlı vəziyyət o yerə çatıb ki, hətta ölkənin baş prokuroru Zakir Qaralov da məsələyə münasibət bildirməli olub. “Əhalinin sosial müdafiə sahəsində müraciətləri üzrə ümumiləşdirmə aparılaraq xarakterik pozuntular müəyyənləşdirilib, onların başvermə səbəbləri araşdırılmaqla ünvanlı dövlət sosial yardımının təyin olunması, ödənilməsi, əlilliyin müəyyən edilməsi sahəsində mövcud korrupsiya hüquqpozmalarının aradan qaldırılması, bu sahədə şəffafların artırılması, konkret tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib” - deyə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.
Baş prokuror səviyyəsində reaksiya da sübut edir ki, mətbuatın Füzuli Ələkbərov və onun nazirliyini davamlı tənqqid etməsi tam obyektiv nüanslara söykənir.
Bundan başqa son iki ildə Ələkbərovun adı ətrafında çoxsaylı qalmaqallar yaşanıb. Məsələn, ölkədə anti-korrupsiya tədbirləri çərçivəsində Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif rayon, şəhər şöbələrində aparılan həbslərii götürək. Korrupsiyaya qarşı mübarizə kampaniyasına start verilən dövrdən bəri Füzuli Ələkbərovun çoxlu sayda işçisi həbs edilib.
Daha bir ilginc məqam: ötən il Hesablama Palatası nazirliyi yoxlayarkən ciddi nöqsanlar üzə çıxarmışdı. Bu nöqsanlar əlil və şəhid ailələri üçün tikilmiş mənzillərin bölüşdürülməsi ilə bağlı idi. Hesablama Palatasının apardığı yoxlamaları nəzərdən keçirən nazirə müxalif qüvvələr ƏƏSMN-in apardığı tikinti işlərini əməlli-başlı araşdırmağa başlayıb. Məlumunuz olsun ki, ƏƏSMN xəttilə hər il Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yaşayış binaları inşa olunur. Bu evlərin paylanması zamanıədalətsizlik edilməsi çoxlarına bəllidir. Faktlar belə deməyə əsas verir ki, nazirliyin apardığı tikinti işlərində mənimsəmə nisbəti yarıdan da artıqdır. Əldə etdiyimiz məlumata görə, 2012-ci ildə qurumun tikinti büdcəsi 85 milyon manat təşkil edib. Adi riyazi hesablamalar göstərir ki, bu rəqəmin ən azı yarısı korrupsiyanın yeminə çevrilib. Məlumata görə, nazirliyin tikdiyi 96 mənzilli binalar 7 milyon, 36 mənzilli binalar isə 3,5 milyon manata sənədləşdirilib. Şəhid ailələri və əlillər üçün tikilən fərdi evlər isə 75 min manata başa gəlib. 96 mənzilli binanın 7 milyon manata sənədləşdirilməsi o deməkdir ki, hər mənzil 72 min 900 manata başa gəlib. Orta hesabla hər mənzilin 80 kvadratmetr olduğunu götürsək, deməli, bir kvadratmetr 1000 manata sənədləşdirilib. Halbuki, keyfiyyətli təmirlə birlikdə nazirliyin tikdiyi binalarda kvadratmetrin 300-350 manatdan baha başa gəlməsi mümkün deyil. Bu onu göstərir ki, 85 milyonluq tikinti büdcəsinin böyük hissəsi nazir və ona yaxın olan adamlar tərəfindən harasa sərf olunub. Bir müdldət əvvəl bəzi mətbuat orqanları belə iddialar irəli sürdülər ki, nazir tikintiyə ayrılan pulların bir hissəsini Çexiyada tikdirdiyi villasına yönləndirib.
Füzuli Ələkbərovun başı üzərində qara buludlar məlum İsmayıllı iğtişaşlarından sonra daha da sıxlaşdı. Həmin hadisələrə məhz onun oğlu Vüqar Ələkbərova məxsus olan”Çıraq “motelində baş vermiş adi hadisə səbəb oldu. Bundan sonra nazirin rayona rəhbərlik etdiyi qardaşı işdən çıxarıldı. Ələkbərovun özünə isə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıq olundu. Belə ki, bu ilin fevralında keçirilən müşavirədə prezidentin məmurlar barəsində sərt sözlərin ilk növbədə məhz əmək və əhalinin sosial müdafiəsi nazirinə ünvanlandığını əksər KİV-lər və müstəqil ekspertlər dilə gətirdilər.
Ümumilikdə, Füzuli Ələkbərovun rəhbərlik etdiyi sahədə rüşvət və korrupsiyanın tüğyan etməsi cəmiyyətdə bu sistemə qarşı kəskin narazılıq yaradıb. Elə bunu nəzərə alaraq da, onun seçkidən sonra vəzifəsini itirəcəyi tam proqnozlaşdırılandır. Əksəriyyət hesab edir ki, ictimai rəy buna tam hazırdır və prezident seçkisindən sonra formalaşdırılacaq yeni hökumət kabinetinin tərkibində Ələkbərovun adının yer almaması əsla sürpriz təsiri bağışlamayacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12