Abbas Abbasov hucuma keçdi
10:49 03-10-2013
CƏMİYYƏT
Abbas Abbasov hucuma keçdi
Rusiyadakı təşkilatları Nazim İbrahimova qarşı bir araya gətirirlər
Bir müddət öncə Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bəyan etdi ki, “AZƏRROS”-la heç bir əməkdaşlıq edilməyəcək və hətta təşkilatın adı diaspora təşkilatları sırasından da çıxarıldı. Bunu da qeyd edək ki, məlum təşkilatın Azərbaycan hakimiyyəti ilə problemləri yaranmışdı və təşkilatın rəhbərliyində təmsil olunan Abbas Abbasov prezident İlham Əliyevlə görüşdə keçirtmişdi. Görüşdən sonra mövcud hakimiyyəti müdafiə edəcəklərini bildirsələrdə Nazim İbrahimov yenə də onları yaxına buraxmadı. İndi isə rəsmi şəkildə onlarla əməkdaşlıqdan imtina etdi.
Amma deyəsən Abbas Abbasov məsələni bu şəkildə saxlamayacaq. Müşahidəçilər bildirir ki, Nazim İbrahimovun bu açıqlamasından sonra Abbas Abbasov Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları ilə görüşlərə başlayıb. Bildirilir ki, Abbas Abbasov bu təşkilatları bir yerə toplayaraq Nazim İbrahimova zərbə vurmaq niyyətindədir. Buda vurğulanır ki, artıq müəyyən təşkilatlar Abbas Abbasovu dəstəkləyib və yaxın günlərdə yeni birliyin yaranması gözlənilir. Həmçinin Rusiya prezidenti Vladimir Putinin də Abbas Abbasovla isti münasibətləri var və bu işdə onun “AZƏRROS”a dəstək verəcəyi gözlənilir. Abbas Abbasov isə artıq yeni açıqlama ilə çıxış edib. “Miqrantların çətin əmək və yaşayış şəraitində yalnız Rusiya deyil, həm də vətəndaşının başqa ölkənin ərazisində işləməsi və yaşaması üçün lazımi şəraiti yaratmadan göndərən ölkələr də günahkardır”. Bu sözləri AZERROS-un rəsmi saytına müsahibəsində Rusiya Xalqları Assambleyasının sədrinin müavini, Rusiya Azərbaycanlı Təşkilatları İttifqaının prezidenti Abbas Abbasov deyib.“AZERROS”un Ağsaqaalr Şurasının sədri qeyd edib ki, Rusiya Federasiyası bütün dünya dövlətləri ilə, ən azından bugünkü gün üçün MDB ölkələri ilə miqrasiya sahəsində əməkdaşlıq müqaviləsi bağlamaqda maraqlıdır. Belə müqavilə miqrasiya axınlarını requlirasiya etməyə, mövcud qanunvericiliyi təkminləşdirməyə imkan verir.
O vurğulayıb ki, başqa ölkənin vətəndaşı əsassız olaraq digər ölkənin ərazisində yaşaya bilməz. “Bütün hədəf və məqsədlərdə bundadır. Mən deyirəm: bu prosesə vətəndaş cəmiyyəti institutlarını, diaspora təşkilatlarını aktiv qoşmaq lazımdır. Bizə miqrantlarla təmasda Rusiya Federal Miqrasiya Xidməti ilə birlikdə yeni kreativ forma və metodlardan istifadə emtək lazımdır. Bu tədbirlər yaşadığımız və çalışdığımız Rusiya üçün hava-su kimi lazımdır”.Ekspertlər bunu da bildirir ki, prezident seçkilərindən sonra Abbas Abbasov daha da aktivləşəcək və Nazim İbrahimova son zərbəsini vuracaq. Qeyd edək ki, dünya azərbaycanlılarının son qrultayı peşəkarcasına təşkil olunmamışdı və buna görə prezident İlham Əliyev Nazim İbrahimova xəbərdarlıq etmişdi. Məhz bundan sonra Nazim İbrahimovun durumu yaxşı olmadı və bir müddət öncə sahibi olduğu ATV-ni onun əlindən aldılar. Güman edilir ki, seçkilərdən sonra o postunu da itirə bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15