Eldar İbrahimovdan namizədlərə ÇAĞIRIŞ
11:26 04-10-2013
CƏMİYYƏT
Eldar İbrahimovdan namizədlərə ÇAĞIRIŞ
"Prezident olmaq istəyirsənsə, öz təbliğatını apar"
Yeni Azərbaycan Partiyasının funksioneri Eldar İbrahimov prezident seçkilərinə münasibət bildirərək deyib ki, seçki şəraitini normal qiymətləndirirəm. Hər bir namizədin təbliğatçıları bununla əlaqədar işlər görürlər. Bilmirəm, digər təbliğatçılar necə işləyirlər. Ancaq biz, Yeni Azərbaycan Partiyası olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin təbliğatı ilə məşğuluq.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları öz seçildikləri rayonlarda bu təbliğatla məşğuldur. Möhtərəm Prezidentimizin 10 ildə gördüyü işlərə görə əslində təbliğata ehtiyac yoxdur. Seçki Məcəlləsinə, qanunlara görə, bu təbliğat işini aparmalıyıq. Biz təbliğat aparmasaq, digər müxalifət namizədləri, Milli Şuranın namizədi Cəmil Həsənli və onun adamları bizə və bizim namizədin əleyhinə qarşı danışmaqda davam edəcəklər. Gərək biz alternativ və əsaslandırılmış formada fikirlər səsələndirək. Bizim müharibə veteranları və əlillərlə ötən gün görüşümüz oldu.
20 il bundan öncə 1992-93-cü illərdə uşaqlarımızı küçədən tutub cəbhəyə göndərirdilər. Güllə arxadan dəyirdi, sonra isə meyiti satırdılar. İnsanlar bunları bilməlidirlər. Cəmil Həsənli kimi adamların gələcək işi nə olacaq? Necə ki, Azərbaycanı onlar dağıtdı, indi də gəlsələr, Azərbaycanı dağıdacaqlar. Amma gələ bilməz. Mümkün deyil onların gəlməyi. İnsanlar ağıllıdır, 90-cı illərin insanı deyillər. Əlillərimiz Prezidentimizin gördüyü işlərdən danışırlar. Prezidentə olan inamlarını, etimadlarını ifadə edirlər. O insanlar təbliğatçılardan da yaxşı danışırlar. Onlar Qarabağ müharibəsində hər şeydən xəbərdar olublar. Prezidentimizin gördüyü işlər, təhsil, səhiyyə, aqrar sahə, iqtisadiyyatın digər sahələri, xarici siyasət və Dağlıq Qarabağla bağlı olan məsələləri seçicilərə çatdırırıq.
Mən bunu deyirəm ki, bizim növbəti 5 illiyimiz "Dağlıq Qarabağ ili" olacaq. Belə hesab edirəm ki, Prezidentimizin cəsarəti nəticəsində inşallah bu məsələ həll olunacaq. Ona görə məsələ gecikir ki, biz ATƏT-in Minsk qrupunun vasitəçiliyilə işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıyıq. Ancaq hiss olunur ki, düşmən sülh istəmir. Ermənistanın prezidenti də həmişə danışıqlardan qaçır, məsələnin uzadılmasına çalışırlar. Naxçıvan məsələlərini ortaya atırlar ki, diqqəti Qarabağdan yayındırsınlar. Guya, Naxçıvan əzəli erməni torpağı olub. Ancaq Dağlıq Qarabağ məsələsi yaddan çıxmaz, tezliklə həll olunacaq. Ali Baş Komandan, ölkə Prezidentinin cəsarəti, siyasi iradəsi nəticəsində həll olunacaq. Onun ətrafında bütün Azərbaycan xalqı bir yumruq kimi birləşəcək.
Bir müddət öncə deyirdilər ki, Milli Şuranı Rusiya, Putin yaradıb. Ancaq Putin Azərbaycana gəldi və dedi ki, bu şuranı o yaratmayıb. O, İlham Əliyevi dəstəklədiyini bəyan etdi. Bilirsiniz niyə elə dedi, gördü ki, Azərbaycan xalqı bütöv şəkildə İlham Əliyevin yanındadır. Azərbaycan xalqı İlham Əliyevin gördüyü işləri bəyənir və istəyir ki, növbəti 5 ildə də, ölkəni Prezidentimiz idarə etsin. Ulu öndərimiz müstəqil dövlət yaratmışdı. Amma İlham Əliyev bu ölkəni müasirləşdirdi və gücləndirdi. Artıq 1 oktyabr tarixindən etibarən Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. İllər öncə bu barədə düşünmürdük də...
Bütün beynəlxalq təşkilatların tədbirləri Azərbaycanda keçirilir. Bunun üçün şəraitimiz var. Bakıya gələn qonaqlar gecədən səhərə qədər bulvarı gəzir. Onlara heç kim gözün üstündə qaşın var demir. Bu stabillik harada var? Ancaq 20 il bundan öncə belə deyildi. Özümüz qorxudan gece çölə çıxa bilmirdik. Mən bunların şahidi olmuşam. Təssüf edirəm ki, müxalifət bu inkişafdan kənarda qalıb. 20 il əvvəlki ampulalarındadırlar. 20 il əvvəl tərbiyəsiz, söyüş söyənlər var idi. Deyirdim görən bunlar düzələcək? Bunlardan Azərbaycan xalqına prezident olacaq? Yox olmadı. Onlar kənarda, bucaqda söyüş söyməklə hakimiyyətə gəldilər. Ölkənin siyasətini, xarici siyasətinin inkişaf etdirmək üçün prezidentin ağlı, gələcəyə yönəlik fikri olmalıdır. Bu keyfiyyətlərin hamısı bizim möhtərəm cənab Prezidentimizdə mövcuddur. Bir neçə dildə sərbəst şəkildə danışır. Ən böyük ölkələrin prezidentləri qısqanclıqla yanaşsalar da, Azərbaycanın Prezidentinin gücünü qəbul edirlər.
Demək ki, Azərbaycan güclüdür. Azərbaycanı güclü edən isə Prezidentimizdir. İqtisadi gücümüz, Prezidentimizin gücü, xarici gücümüz var. Sözün əsl mənasında Azərbaycanın gələcəyi ancaq və ancaq Prezidentimizdən aslıdır. Bəlkə də bu Prezidentlik İlham Əliyevə lazım deyil. Bu, Azərbaycan xalqına lazımdır. Ona görə də biz İlham Əliyevə ciddi dəstək olmalıyıq və hörmət etməliyik ki, bizim prezidentimiz olsun. Buna heç kimin şübhəsi yoxdur ki, 9 oktyabrda İlham Əliyev Azərbaycanın prezidenti seçiləcək. Görünən dağa bələdçi lazım deyil. İlham Əliyevi dünyanın her yerində tanıyırlar. Əlbəttə ki, istəməyən adamlar da var.
Milli Şuranı, Cəmil Həsənlini dəstəkləyənlər, uğurlarımıza sevinməyənlər var. Amma bu qüvvələr o qədər zəifdirlər ki, cəmiyyət içində görünmürlər. Bir məsələni diqqətə çatdırmaq istəyirəm. Ələkrəm Hümmətov Ermənistana getdi, ardınca Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş bölgələrinə. Azərbaycanda yaşamısan, ayıb deyilmi? Hansı talış bunu qəbul edər? Gedib Dağlıq Qarabağda çıxış edir, ermənilərlə öpüşüb-görüşür. Sənin millətinin, kişilərinin, xüsusilə, qadınlarının başına nə oyun gətiriblər ermənilər... Sən necə görüşürsən onlarla? Erməni bundan yaxşıdır, bilirsən ki, düşmənindir. Amma, Ələkrəm kimi adamlar içərimizdə çoxdur.
Fuad
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10