"Milyarderlər ittifaqı"ında parçalanma
11:29 04-10-2013
CƏMİYYƏT
"Milyarderlər ittifaqı"ında parçalanma
Baş nazirin keçmiş birinci müavini mürəkkəb seçim qarşısındadır, əgər o İlham Əliyevə dəstək çağırışı ilə çıxış etməsə Bakıya yolunu tam bağlamış olacaq
Cəmi iki ay əvvələdək adı Azərbaycanın siyasi gündəmində əsas müzakirə mövzusu olan "Milyarderlər ittifaqı"ında bir neçə gün sonra keçiriləcək prezident seçkilərinə münasibətdə ciddi parçalanma yaranıb.
Azərbaycanda hakimiyyət dəyişikliyi üçün Kremlin müəyyən dairələrinin hazırladığı planda yer alan qalmaqallı ittifaq situasiyanın kəskin dəyişməsindən sonra demək olar ki, başını itirdi və siyasi baxımdan darmadağın oldu.
Əvvəlcə ittifaqın görkəmli simalarından "LukOil" prezidenti Vahid Ələkbərov elan etdi ki, o Azərbaycandakı seçkilərdə prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və ona alternativ görmür. Bir gün əvvəl isə ittifaqın digər sanballı üzvü-Dağıstan prezidenti Ramazan Abdulatipov İlham Əliyevə dəstək bəyanatı ilə çıxış etdi.
Abdulatipovun bəyanatı əslində Rusiyanın Azərbaycandakı seçkilərə birbaşa müdaxiləsi hesab oluna bilərdi. Çünki o sıradan ictimai xadim deyil və Rusiya Federasiyasının subyektlərindən birinin-Dağıstanın prezidentidir. Buna baxmayaraq R.Abdulatipovun belə bəyanatla çıxış etməsi kifayət qədər düşünlümüş və Kremlin Azərbaycana münasibətdə dəyişən siyasi kursunu əks etdirən addım idi.
Görünür təsadüfi deyildi ki, Abddulatipovun sözügedən bəyanatı ərəfəsində Azərbaycan hüquq-mühafizə orqanları Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində həbs edilmiş ləzgiləri həbsdən buraxdı. Abdulatipov isə nəinki İlham Əliyevə öz dəstəyini ifadə edib, eyni zamanda Azərbaycanda yaşayan ləzgilərin, avarların və digər azsaylı xalqların nümayəndələrini ona səs verməyə çağırıb. Bu, kifayət qədər ciddi bəyanatdır və Rusiyanın Azərbaycan hakimiyyətini sıxışdırmaq üçün etnik kartdan istifadə etmək səylərinin arxada qaldığını nümayiş etdirir. Digər tərəfdən R.Abdulatipov "Milyarderlər ittifaqı"nın rəhbəri Abbas Abbasovun yaxın tərəfdaşı və ittifaqın əsas simalarından biridir.
Beləliklə, V.Ələkbərovun və R.Abdulatipovun İlham Əliyevə dəstək bəyanatları baş nazirin keçmiş birinci müavini üçün mürəkkəb vəziyyət yaradır. Doğrudur, A.Abbasov Azərbaycanda hakimiyyətdə olanlara eyhamla "onlar gedəcəklər, onlar olmayacaqlar" kimi alovlu bəyanatlar səsləndirsə də çox keçmədən yumşalmışdı.
Putinin Əliyevlə anlaşdığı məlum olandan və Rusiyanın Azərbaycanın indiki hakimiyyəti ilə hələ uzun müddət işləyəcəyini nümayiş etdirməsindən sonra A.Abbasov kəskin dəyişdi və bədbin məzmunlu açıqlamalar verdi. İlham Əliyevə qarşı olmadığını sübut etməyə çalışdı.
Buna baxmayaraq "Milyarderlər ittifaqı"nın rəhbəri hələ seçiciləri İlham Əliyevə dəstək verməyə çağıran bəyanatla çıxış etməyib. Hansı ki, indi belə bəyanatla çıxış etməyin əsl vaxtıdır və xaricdəki diaspor qrupları İlham Əliyevə dəstəklərini ifadə etmək üçün növbəyə düzülüblər.
Şübhəsiz ki, A.Abbasov "Milyarderlər ittifaqı"ına daxil olan Vahid Ələkbərov, R.Abdulatipov kimi simaların Əliyevə dəstək bəyanatlarından sonra indiki "sükutunu" sonadək qoruyub saxlasa Bakıya yolunu tam bağlayacağını nəzərə alır. Əslində A.Abbasovun belə bəyanat verməsi hələ onun Azərbaycan rəhbərliyi ilə korlanmış münasibətlərini bərpa etmək üçün kifayət deyil. Ancaq belə bəyanatın verilməməsi də dərhal bu mənanı verəcək ki, baş nazirin keçmiş müavini Söyün Sadıqov, Rüstəm İbrahimbəyov kimi Azərbaycandakı hakimiyyətə müxalifdir.
Alı
Digər Xəbərlər
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30