Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adı açıqlanıb
11:32 04-10-2013
CƏMİYYƏT
Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adı açıqlanıb
Baş Prokurorluq daha çox korrupsiya faktı aşkarlanan qurumların adını açıqlayıb. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib. Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərenerji", Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyevin "Unikal"a bildirdiyinə görə, "Korrupsiyaya qarşı mübarizə davamlı, ardıcıl olmalıdır və kompleks tədbirləri özündə əks etdirməlidir. Ölkədə korrupsiyaya qarşı mübarizənin strategiyasında da bunlar durur. Bu istiqamətdə siyasi iradə mövcuddur və mübarizənin effektli şəkildə aparılması üçün çoxsaylı qanunlar qəbul edilmişdir və institusional təchizatlar da hazırdır. Düşünürəm ki, Prezidentin məlum fərmanları və həyata keçirilən tədbirlər korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artıracaq. Eyni zamanda bu mübarizənin təkcə dövlət qurumları ilə məhdudlaşmaması üçün vətəndaş cəmiyyəti və medianın da prosesdə
fəal şəkildə iştirakı üçün qanunvericilik aktları hazırlanmaqdadır. Görülən tədbirlər onu deməyə imkan verir ki, korrupsiyaya qarşı mübarizə gedir, amma ölkədə korrupsiya yenə də yüksək səviyyədədir. Korrupsiya olduğuna görə bu tədbirlər alınıb. Bəzən bu mübarizənin sürəti bizi qane etməyə bilər, amma əsas məsələ onunla bağlıdır ki, bu mübarizə sistemli və davamlı bir prosesə çevrilib. Prezident dəfələrlə bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri almamalıdır".
Nuriyevin fikrincə, "Siyasi iradənin özü də davamlı xarakter kəsb edib. Bəzən belə fikirlər də səslənir ki, əgər korrupsiyaya qarşı mübarizə aparılırsa, niyə bunun real nəticələrini hiss etmirik? Amma nəzərə alınmalıdır ki, 2005-ci ildə korrupsiyaya qarşı ilk dəfə mübarizə başlayanda hansı vəziyyətdəyidik, indi hansı vəziyyətdəyik. Əgər bu gün vətəndaş öz evində oturaraq əlavə vəsait sərf etmədən, idarələrin qapılarını döymədən bir çox xidmətlərdən istifadə edə bilirsə, bu özü bir irəliləyişdir. Eyni zamanda, əgər 2005-ci ildə vətəndaşlıq pasportu almaq üçün böyük növbələrə durmalı olurduqsa, bu gün pasportları daha tez almaq mümkündür, həm də həmin növbələrə durmağa ehtiyac qalmayıb. Əgər 2005-ci ildə vətəndaş kommersiya fəaliyyəti ilə bağlı xeyli sayda sənədlər toplamalıydısa və bir neçə ay get-gələ düşməliydisə, məmurlarla sövdələşməliydisə, bu günləri sahibkarlıq fəaliyyəti üçün subyektlərin dövlət qeydiyyatına alınmasına cəmi 5-20 dəqiqə vaxt lazımdır. Bir çox dövlət idarələrində vahid pəncərə prinsipinə keçilməsi məmur-vətəndaş təmaslarını sıfıra endirib. Elə bu da korrupsiyaya qarşı mübarizənin bir nümunəsidir. Ötən illərdə korrupsiyaya bulaşmış məmurların hüquqi məsuliyyətə cəlb edilməsində çətinliklər müşahidə edilirdisə, artıq bu yöndə də müəyyən dinamika müşahidə edilir, inzibati məsuliyyətə cəlb etmə qeydə alınır. Fikrimcə, bu istiqamətdə də genişlənmə prosesi baş verir. Yəni bunlar var, amma, əlbəttə ki, bu sürətin özü də bizi qane edə bilməz. Hələ ki, görülməli işlər çoxdur. Hər kəs istəyərdi ki, korrupsiyasız cəmiyyətdə
yaşasın və hər hansı bir işə başlayanda korrupsiya sövdələşmələri ilə rastlaşmasın".
Azərbaycan Aydınlar Partiyası sədrinin müavini Xanoğlan Əhmədovun "Unikal"a dediyinə görə, "Azərbaycan cəmiyyətində korrupsiyanın kökünü kəsmək üçün birinci növbədə korrupsiyanı doğuran səbəblər aradan qaldırılmalıdır. Bizim dövlət strukturları isə bu problemi həll etməyin əvvəzinə korrupsiyanın nəticələrinə qarşı vuruşur. Yəni rüşvətxorları həbs etməklə məşğuldur. Fikrimcə, korrupsiyanın baslıca səbəbi ölkədə əmək haqlarının aşağı olması və qanunların icrasına nəzarətin zəifliyidir. Bu amillər cəmiyyətin həyatından silinsə, korrupsiya faktları kifayət qədər aşağı düşər".
Adil Hüseynli
Digər Xəbərlər
2024-11-28 19:35:48
2024-11-28 19:18:51
2024-11-28 18:56:47
2024-11-28 18:40:42
2024-11-28 18:40:02
2024-11-28 18:29:22
2024-11-28 18:16:48
2024-11-28 17:40:00
2024-11-28 17:18:55
2024-11-28 17:16:28
2024-11-28 16:54:59
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35