Oktyabrın 9-dan sonra çağırışçılar hərbi xidmətə, əsgərlər ehtiyata buraxılacaqlar
12:38 05-10-2013
CƏMİYYƏT
Azərbaycanda hərbi xidmətə
çağırış seçkiyədək təxirə salındı
Oktyabrın 9-dan sonra çağırışçılar hərbi xidmətə, əsgərlər ehtiyata buraxılacaqlar
Ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq, 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmalıdırlar. Qanunvericiliyə uyğun olaraq, göstərilən müddətdə həm də hərbi xidmətini başa vurmuş əsgərlər hərbi xidmətdən tərxis olunmalıdırlar.
Amma seçki ili olduğundan qanunla hərbi xidmətini başa vurmuş əsgərlərin tərxis olunması yubadılır.
Həqiqi hərbi xidmətini başa vurmuş əsgərlər 9 oktyabr tarixindən - prezident seçkisi başa çatandan sonra, tərxis olunacaqlar.
Respublika Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqə sektorunun müdiri Nürəddin Heydərov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, həqiqi hərbi xidmətə çağırış oktyabrın 10-dan sonra başlanacaq.
"Hərbi xidmətdən tərxis olunanlar hərbi xidmətə çağırıldığı rayonda yenidən qeydiyyata düşür. Odur ki, hərbi xidmətdən tərxis olunanların sayı ayın sonunda ümumiləşdiriləcək. Hərbi xidmətə çağırış isə ayın 10-dan sonra başlanılacaq"-deyə sektor müdiri bildirib.
Xatırladaq ki, prezident sərəncamına əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2013-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, hərbi xidmətə aparılan gənclər Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə bilirlər.
Çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq, özləri barədə informasiyaları daxil etməklə düşdükləri hərbi hissəni öyrənə bilər.
Digər Xəbərlər
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29