Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri azalacaq
11:42 08-10-2013
CƏMİYYƏT
Azərbaycanın 2014-cü il
dövlət büdcəsinin
gəlirləri azalacaq
Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18 384 mln. manat, xərcləri isə 20 063 mln. manat həcmində proqnozlaşdırılır.
Bu, “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda deyilir.
Beləliklə, gələn ilki büdcədə 1 679 mln. manat həcmində kəsir nəzərdə tutulur. Bu ilin proqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0% azalacağı, xərclərin 1,1%, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir.
Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manatı Dövlət Neft Fondundan transferlər, 7,102 mlrd. manatı Vergilər Nazirliyi, 1,510 mlrd. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Qeyd edək ki, büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur.
Xərclərin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşu (6,260 mlrd. manat), sosial müdafiə və sosial təminat (2,072 mlrd. manat), ümumi dövlət xidmətləri (1,997 mlrd. manat), təhsil (1,653 mlrd. manat), müdafiə (1,637 mlrd. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər (1,240 mlrd. manat) tutur.Buna baxmayaraq Gələn il Azərbaycanda real iqtisadi artım 5,2% olmaqla ÜDM istehsalı bazar qiymətləri ilə 58,569 mlrd. manat təşkil edəcək.
Bu, “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda deyilir.
Proqnozlara əsasən, gələn il neft sektoru üzrə ÜDM 1,5% azalacaq, qeyri-neft sektoru üzrə isə 10,0% artacaq. Bildirilir ki, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5%, özəl sektorun ÜDM-də payı isə 83,2% səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün əhalinin gəlirlərinin həcmi 42,277 mlrd. manat və ya 2013-cü ilin proqnozlarına nisbətən 6,4% çox, əhalinin xərcləri 29,244 mlrd. manat (+5,7%), orta aylıq əmək haqqı 479,4 manat (+5,4%), inflyasiya 3,5% səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə iqtisadiyyata 18,4 mlrd. manat və ya 2,9% çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 mlrd. manatı və ya 52,7%-i dövlət investisiyalarının payına düşür. Bundan əlavə, gələn il 30,7 mlrd. dollar həcmində mal ixracı və 11,5 mlrd. dollarlıq idxal gözlənilir.
Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8%, 2016-cı ildə 4,8% və 2017-ci ildə 6,0% səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1%-lik artım, 2016-cı ildə 3,2%-lik azalma, 2017-ci ildə isə 1,5%-lik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1%, 2016-cı ildə 8,6%, 2017-ci ildə isə 7,8% səviyyəsində proqnozlaşdırılır.
Fuad
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10