Arif Əsgərova 18 milyon manatlıq yeni ittiham
11:45 08-10-2013
CƏMİYYƏT
Arif Əsgərova 18 milyon manatlıq yeni ittiham
Ələşrəf Lütfəlibəyov isə çıxılmaz durumdadır
"Azərdəmiryol Servis" MMC-in direktoru Ələşrəf Lütfəlibəyovun vəziyyəti pisləşib. Belə ki, "Azərdəmiryol Servis" MMC dövlət üçün strateji əhəmiyyət kəsb edən Bakı-Qars dəmiryol xəttinin tikintisinə məsuldur.Amma dövlət səviyyəsində müəyyənləşdirilmiş qrafik Ələşrəf Lütfəlibəyov tərəfindən pozulub və bu günə qədər tikinti işləri sona çatmayıb.
Milyonlarla manat pul xərclənsədə hələ də real nəticələr yoxdur. Mənbənin dediyinə görə bunun bir sıra səbəbləri var. İlk ciddi səbəb budur ki, tikinti üçün nəzərdə tutulan maliyyə tam olaraq tikintiyə yönəldilmir. Bundan başqa aydın olub ki, tikintiyə cəlb olunan işçilərin böyük bir hissəsi ümumiyyətlə mövcud deyillər. Sadəcə olaraq bunlar ölü canlardır və onların adına yazılan əmək haqları mənimsənilir. Aydın olur ki, bundan başqa tikinti işləri zamanı nə az nə çox 18 milyon manat pul yoxa çıxıb. Daha doğrusu “Azərbaycan Dəmir Yolları” ASC-in rəhbəri Arif Əsgərovun bu pullara əl qoyduğu və Ələşrəf Lütfəlibəyovun buna müqavimət göstərə bilmədiyi söylənilir. Qeyd olunur ki, bir tərəfdən Arif Əsgərov bu pullara əl qoyub , digər tərəfdən isə zaman-zaman Ələşrəf Lütfəlibəyovu dövlət pullarını mənimsəməkdə, işləri düzgün qurmamaqda ittiham edərək yuxarı dairələrdə onunla bağlı mənfi imic formalaşdırır.Həm də bu pullar Ələşrəf Lütfəlibəyovun imzası ilə büdcədən çıxarılıb. Amma deyəsən bu pulların kim tərəfindən mənimsənildiyi artıq aşkarlanır və hədəfdə Arif Əsgərovdur. Bunu da qeyd edək ki, bir müddət öncə Arif Əsgərov yuxarı dairələrin diqqətinə düşmüşdü və aparılan araşdırmalardan sonra ortaya 48 milyon manatlıq oğurluq faktı çıxdı. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan “Dövlət Dəmir Yolları” ASC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs edib. Onun 48 milyon manatlıq yeyintidə iştirakı bildirildi. İri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan “Dövlət Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərovun yaxın qohumudur. Rahib Hüseynovdan başqa bu maliyyə fırıldağına onun qardaşı Emin Hüseynov da qoşulub. O da məlum olub ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağından 50-yə yaxın sahibkar zərər çəkib. Bu fırıldaqda bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o, atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Mənbənin sözlərinə görə bu dəfə aşkarlanan pul itkisi Arif Əsgərovun seçkilərdən sonra karyerasına nöqtə qoyacaq. Mövzu diqqətimizdədir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53