Bəsirət Quliyev niyə gizlənir?
10:41 10-10-2013
CƏMİYYƏT
Bəsirət Quliyev niyə gizlənir?
Gizlətdiyi faktlar isə artıq ortadadır
Son zamanlar diqqəti cəlb etməyən oliqarxların sayı artmaqdadır və korrupsiya,rüşvət üzərində yaratdıqları bu biznes imperiyası ilə lazım olanda dövlətin özünü iqtisadi sabotajla üz-üzə qoymağada qalxırlar.
Bir neçə il öncə iki monopolistin bir gün içində yumurtanın qiymətini qaldırmalarını yəqin ki, unutmayıbsınız. Həmin vaxt məsələyə sonda prezident belə müdaxilə etməli oldu. Bu gündə eyni vəziyyət istənilən an təkrarlana bilər ki, indidən bu nəzərə alınmalıdır. Belə monopolistlərdən biri də Nadir Quliyev adına “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyidir.Belə ki, taxılçılıqla məşğul olan fermerlər demək olar ki, məcburi şəkildə bu təşkilatın rəhbəri Bəsirət Quliyevin əsrinə çevriliblər. Belə ki, adıçəkilən səhmdar cəmiyyət fermerlərdən yüksək keyfiyyətli taxıl məhsulu alır.Amma bu zaman qiymətlər fermerlər üçün ürəkaçan səviyyədə olmur. Bununla bağlı dəfələrlə ASC sədri Bəsirət Quliyevə edilən müraciətlərin də faydası olmayıb. Qiymətlər sözügedən səhmdar cəmiyyətin maraqlarına uyğun müəyyənləşdirilir. Məsələ burasındadır ki, bu ASC Dövlət Taxıl Fondunun elan etdiyi tədarük məntəqələrindən biri olduğundan son qərarı da fermerlər deyir, məhz “Bakı-Taxıl”ın rəhbərliyi müəyyənləşdirir.
Qeyd etmişdi ki, Səhmdar cəmiyyətin bu cür münasibəti isə heç şübhəsiz, fermerləri stimullaşdırmaq məqsədi güdmür. Əgər belə olsaydı, sahibkarların istehsal etdikləri məhsulu daha yüksək qiymətə qəbul edərdilər. O zaman fermelər arasında stimul yaranardı ki, daha keyfiyyətli buğda istehsal edib, normal qiymətə sata bilsinlər. Doğrudur, ASC rəhbərliyi həmin tənqidləri qəbul etmir və bildirirlər ki, fermerlərdən dənli məhsullar məhz Dövlət Taxıl Fondunun müəyyənləşdirdiyi qiymətlər əsasında alınır.
Amma unutmayaq ki, taxıl qəbulunu birbaşa özü aparması üçün Dövlət Taxıl Fondunun imkanları zəifdir. Belə ki, qurumun məhsulun keyfiyyətini müəyyənləşdirə və tədarük edə biləcək mütəxəssisləri azdır. Ona görə də, birbaşa fermerlərin özləri ilə deyil, taxıl emalı ilə məşğul olan şirkətlərlə, o cümlədən də, Nadir Quliyev adına “Bakı-Taxıl” ASC ilə işləməyə üstünlük verir. Həmin şirkətlərin mütəxəssisləri yerli fermerlərin təqdim etdikləri məhsulu yoxlayırlar, bu zaman isə məhz başda da adıçəkilən səhmdar cəmiyyət olmaqla, özəl müəssisələrin maraqlarına cavab verən mənzərə çıxır.
Qeyd edək ki, haqqında danışılan səhmdar cəmiyyətə adı verilən mərhum Nadir Quliyev uzun illər Bakı 2 saylı çörək kombinatının direktoru olub. Hazırda onun adını daşıyan səhmdar cəmiyyətin sədri Bəsirət Quliyev məhz mərhum direktorun oğludur. Bunu da qeyd edək ki, bəzi korrupsioner məmurlar kimi Bəsirət Quliyevdə eyni taktikadan istifadə edir. Belə ki, əlimizdə olan bir sıra faktları dəqiqləşdirmək üçün dəfələrlə cəmiyyətlə əlaqə saxlamağa çalışsaq da bir nəfərdə olsa adam tapılmadı ki, bizə cavab versin. Əslində adam var, sadəcə olaraq etdikləri qanunsuzluqları susmaqla mətbuatın diqqətindən uzaqlaşdırmağa çalışırlar. Amma redaksiyamıza daha tutarlı faktlar daxil olub və səlahiyyətli orqanlara göndərdiyimiz sorğulara cavab alandan sonra bunları nəzərinizə çatdıracağıq.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-26 09:26:59
2024-12-26 09:05:43
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03