Dəyanət Babayevin atası AXCP-dən istefa verdi
10:42 10-10-2013
CƏMİYYƏT
Dəyanət Babayevin atası AXCP-dən istefa verdi
Səxavət Babayev İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bəyan etdi
AXCP Neftçala rayon şöbəsinin üzvü, keçmiş siyasi məhbus Səxavət Babayev təmsil olunduğu partiya sıralarından istefa verib.S.Babayev prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, Səxavət Babayev 2005-2007-ci illərdə siyasi məhbus həyatı yaşayıb və 2007-ci ildə ölkə prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. S.Babayev hazırda haqqında məhkəmə prosesi keçirilən AXCP fəalı Dəyanət Babayevin atasıdır.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Dəyanət Babayevə 4 il həbs cəzası istəyib.
Dəyanət Babayev və digər AXCP üzvü Musa Rahim ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıb. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.Bunu da qeyd edək ki, bir neçə gün öncə AXCP sədrinin müavini Asəf Quliyevdə istefa vermişdi. AXCP sədrinin müavini Asəf Quliyevin istefa verməsi ilə bağlı müxtəlif versiyalar səsləndi. Partiya yoldaşları onun istefasına üzülsələr də, özlərinə müttəfiq hesab etdikləri partiyalarda isə bayram kimi qeyd edildi. Axı, ilk dəfə olaraq Asəf Quliyev destruktiv müxalifətin yaratdığı "İctimai Palata"nın dağılacağı barədə açıqlama vermişdi. Bu şəxs hətta öz "lideri" Əli Kərimliyə də xəbərdarlıq etmişdi. Əbülfəz Elçibəyə çox sadiq bir şəxs olan Asəf Quliyev AXCP-də məcburən müavinlik postunda qalmışdı. Əslində isə o, dağıdıcı müxalifətin "liderləri"nin prezident seçkilərində oynayacaqları "oyunlar"dan xəbərdar olub. Bəlkə də A.Quliyev seçkilərdən sonra istefa verəcəkmiş. Lakin daxildə gedən "oyunlar" onu məcburiyyət qarşısında qoyub və istefa verərək partiyadan uzaqlaşıb. Hətta açıqlamasında deyib ki, seçkilərdən sonra hər şeyi açıqlayacaq.
Xatırladaq ki, A.Quliyev seçki prosesi ilə bağlı açıqlamasında müxalifət "liderləri"nə üzünü tutaraq "xəyanət edənlər bağışlanmayacaq" - demişdi. Amma özü aqressiv qüvvələrdən daha tez ayrıldı. Çünki seçkidən sonra Əli Kərimli tikdirdiyi villaların birində gizlənəcək və hər kəs açıqlama vermək üçün müavinlərin yaxasından yapışacaqdı. Özü izahat vermədiyi halda müavinləri hansı vəclə "liderləri"nin banklardan mənimsədiyi külli miqdarda vəsait barədə açıqlama verə bilərdi?
Asəf Quliyevin istefasının daha bir neçə maraqlı məqamı var. O, "İctimai Palata" və "Milli Şura" daxilində birgə "addımladıqları" Müsavat Partiyasının bəzi üzvləri ilə yola getmirdi. Hələ keçən il mətbuata açıqlamasında demişdi: "Müsavat Partiyasının içərisində bir qrup var ki, cəbhə ilə müttəfiqliyi, ümumiyyətlə, "İctimai Palata"da təmsil olunmasını istəmirlər. Arif Hacıyev isə bu qrupa rəhbərlik edir". Bu açıqlamaları ilə Asəf Quliyev hərdən "yeniliklər" edirdi.
Sonra bu şəxs "Milli Şura"da mitinq komitəsinin rəhbəri təyin olundu. Amma yenə də düzgün açıqlama verərək bu vəzifənin sahibinin "Milli Şura"da söz sahibi olmadığını dedi. "Mitinq komitəsi elə də qərar sahibi deyil və həlledici əsas söz "liderlərindir" - deyən AXCP sədrinin sabiq müavini əslində "Milli Şura"nın formal bir qurum olduğunu bir daha diqqətə çatdırırdı. Çünki elə aqressiv müxalifətin yaratdığı digər blok və qurumlarında olduğu kimi, "Milli Şura" daxilində də heç kim söz sahibi deyil və heç kimin müstəqil fikir söyləməyə ixtiyarı yoxdur.
Əslində, Asəf Quliyevin bu addımı o qədər də gözlənilməz sayılmamalıdır. Hər halda, əlamətdar haldır ki, "Milli Şura"nın tanınmış üzvlərindən biri həmin layihənin başqa dövlətdə hazırlandığını və onun maraqlarına xidmət etdiyini başa düşərək, gec də olsa, bu addımı atdı. Digər tərəfdən, Asəf Quliyevin istefasında "Milli Şura"nın prezident seçkilərində məğlubiyyətinin qaçılmazlığı da az rol oynamayıb.
Elə bu günlərdə ABŞ-ın və dünyanın ən nüfuzlu nəşrlərindən olan "The Washington Post" Azərbaycandakı seçkilərlə bağlı yaydığı geniş məqalədə də dağıdıcı müxalifətin durumuna toxunub. Qəzet yazıb: "Müxalifət partiyaları əvvəlki səhvlərindən nəticə çıxarıb vahid koalisiyada birləşsələr və "vahid namizəd" müəyyən etsələr də, onlar seçkilərə qədər olan vaxtdan kütlələrlə işləmək, öz partiya proqramlarını insanlara çatdırmaq üçün istifadə edə bilməyiblər. Bu partiyalar hələ də gəncləri liderliyə irəli çəkmir və hələ də daxili ziddiyyətlərdən əziyyət çəkirlər".
Məqalədə daha sonra deyilir: "Birləşmiş müxalifətin "Milli Şurası" çox güman ki, bu seçkilərdən sonra yaşamayacaq. Həmçinin ənənəvi müxalifət partiyalarının gələcəyi də şübhəlidir".
Beləliklə, onu demək olar ki, prezident seçkisindən sonra aqressiv müxalifət daxilində ciddi parçalanma olacaq. Asəf Quliyevin start verdiyi prosesə tezliklə xeyli AXCP-çi də qoşulacaq.
Mehdi
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33