Qərib Məmmədov "daş"ı kim(lər)in "bostan"ına atır?
11:37 11-10-2013
CƏMİYYƏT
Qərib Məmmədov "daş"ı kim(lər)in "bostan"ına atır?
Komitə sədrinin bələdiyyələrə korrupsiya ittihamının pərdəarxası
"Bələdiyyələr tərəfindən torpaq sahələrinin satılması barədə bir dəfə də olsun hərrac və ya müsabiqə keçirilməsi təşəbbüsü olmayıb. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, bələdiyyələr tərəfindən yalnız torpaqların bilavasitə satılmasına üstünlük verilib ki, bu da nəticədə torpaq sahəsinin fiziki və hüquqi şəxslərə ayrılması zamanı şəffaflığa zəmin yaratmayıb və eyni zamanda torpaq əldə etmək arzusunda olan şəxslər arasında bərabər hüquqi imkanlar yaratmayıb: "Bütün bunlar isə öz növbəsində korrupsiyaya gətirib çıxara bilən bəzi halların yaranmasına zəmin yaradıb".
Q. Məmmədov onu da vurğulayıb ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrində yaratdığı torpaq hərrac və müsabiqə komissiyalarının 5 nəfər tərkibinin hamısının Komitənin əməkdaşlarından ibarət olması nəzərdə tutulmuşdu: "Lakin mənim təşəbbüsümlə komissiyanın yalnız 2 nəfəri Komitənin həmin şöbələrdə çalışan əməkdaşları olub. Komissiyanın qalan 3 üzvündən biri ictimaiyyətin nümayəndəsi, biri bələdiyyə assosiasiyasının üzvü və biri isə yerli icra hakimiyyətinin nümayəndəsidir".
Komitə sədri onu da vurğulayıb ki, Komitəyə həvalə edilmiş torpaq müsabiqə və hərraclarının təşkilatçısı səlahiyyətinə uyğun olaraq bələdiyyələrin qərarları əsasında və onlarla bağlanmış müqavilə ilə 2009-2013-cü illər ərzində respublikanın ayrı-ayrı bələdiyyələri üzrə 10 min 95 müsabiqə və hərrac ( o cümlədən 8 min 926 müsabiqə və 1169 hərrac) təşkil olunub: "İndiyədək vətəndaşlardan hərrac və müsabiqələrin təşkilatçılığı ilə bağlı şikayət məzmunlu hər hansı müraciət daxil olmayıb. Bu məzmunlu şikayətlərin olmaması halı prezident İlham Əliyevin tapşırığına əsasən tərəfimdən ölkənin regionları üzrə vətəndaşların qəbulu zamanı bir daha öz təsdiqini tapıb".
Qeyd edək ki, torpaq hərraclarının keçirilməsi ilə bağlı hökumət daxilində bəzi məmur maraqlarının toqquşduğuna dair iddialar var. Bu iddialar fonunda Qərib Məmmədovun bəzi bələdiyyələri korrupsiyada suçlaması, onların hərrac deyil, bilavasitə satış həyata keçirmələrini sərt tənqid etməsi maraq doğurur.
İstisna edilmir ki, Məmmədov bununla hansısa məmur və ya məmurları "vurur". Çünki bələdiyyələrin özbaşına torpaq satışı ilə məşğul olması real görünmür. Bunda maraqlı olan bələdiyyə sədrləri adətə arxalarında himayədar dəstəyi hiss edir və məhz buna görə də hərrac keçirilmədən, bilavasitə torpaq satışına cəsarət edirlər.
Görünür, komitə sədri də bunu yaxşı bildiyindən həmin istiqamətdə açıqlama verir, amma hələlik bu zaman əsas hədəfi gizlədir. Bələdiyyələrlə bağlı korrupsiya ittihamı səsləndirməklə əslində bəzi məmurlara haqqında danışılan durumdan xəbərdar olduğuna və belə hallara qarşı barışmaz mövqe sərgiləyəcəyinə dair kəskin mesajını çatdırır.
Qalib Qabiloğlu
Digər Xəbərlər
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27