ABŞ-da hökumət böhranı nə yerdədir?
11:39 11-10-2013
CƏMİYYƏT
ABŞ-da hökumət böhranı nə yerdədir?
Dünyanın bir nömrəli dövləti defolta hazırlaşır
ABŞ Maliyyə Nazirliyi və Federal Ehtiyat Sistemi bu ölkədə ehtimal olunan defolta hazırlıq görür. Reuters agentliyinin verdiyi məlumata görə, Konqres oktyabrın 17-dək dövlət borcunu nəzərdə tutulmuş ən yüksək həddə qədər qaldırsa o zaman gözlənilənlər baş verəcək.
Maliyyə Nazirliyi və Federal Ehtiyat Sisteminin konkret hansı ehtiyat tədbirlərinin gördüyü açıqlanmır. Çətinliyin baş verəcəyi təqdirdə bankların likvidliklə bağlı problemi yaranacaq və bu bütün ölkə iqtisadiyyatına neqativ təsir göstərəcək.
Beləliklə bütün dünya nəfəsini çəkərək bu məsələnin nə ilə yekunlaşacağını gözləyir.
Bu arada məlum olub ki, ABŞ prezidenti Barak Obama büdcə məsələsi ilə bağlı qısamüddətli güzəştə hazırdır. "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Ağ evin Obamanın Demokrat Partiyasından olan konqresmenlərlə görüşünə dair yaydığı bəyanatda bildirilir. "Prezident Nümayəndələr Palatasında müvafiq qətnaməyə dəstək verdikləri üçün demokratlara təşəkkür edib. Obama həmçinin respublikaçıları dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı məsələyə dair səsvermə keçirməyə imkan yaratmağı çağırıb", - deyə Ağ evin bəyanatında vurğulanıb.
Defolt təhlükəsi aradan qaldırıldıqdan və dövlət qurumları fəaliyyətini bərpa etdikdən sonra Obama büdcə danışıqlarına hazır olduğunu bəyan edib.
Xatırladaq ki, bu ayın əvvəlindən ABŞ-da hökumət böhranı yaranıb. "Birləşmiş Ştatlar və böhran". Qulaqlarımızın alışmadığı bu söz birləşməsi bir sıra fikir ayrılıqlarının nəticəsidir. Hökumətin təqdim etdiyi dövlət büdcəsi Konqresdə həmişə qızğın mübahisələrə səbəb olub. Lakin bu müzakirələr Kapitoliumun divarları arasında qaldığından diqqəti cəlb etməyib. Bu dəfə isə Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi hamını təsirləndirdi, hətta bura gələn turistləri də.
Yaxşı olmayan təkcə turistlər üçün deyil. Bu həftə çox adam məyus oldu. 800 mindən artıq federal işçi, hökumətlə işləyən 1 milyondan artıq adam işsiz qalaraq, pul sınağına çəkildi. Amerikalı pulunun kəsilməsinə öyrəşməyib. Hökumətin bağlanmasından bir gün keçməmiş, adamlar küçələrə çıxaraq, buna son qoymağı tələb etdilər.
Barak Obama geri çəkilmək niyyətində deyil.
Yaranmış böhranda Konqress söz sahibi kimi görünsə də, hansı sahələrin vacib olduğu və işləməkdə davam etməsini Ağ Ev müəyyən edir. Məhz elə buna görədir ki, Ağ Ev digər sahələri bağlasa da, davası gedən səhiyyə islahatı proqramını qüvvədə saxlayıb. Respublikaçı konqresmenlər məişətdə Obamacare, "Obamanın qayğısı" adlanan səhiyyə proqramına düşmən kəsilsələr də, proqram əvvəlki qaydada işləməkdədir. Amerika demokratiyası bəzən çox dolaşıq ola bilir.
Lakin hökumətin bağlanması Obama üçün yeganə baş ağrısı olmayacaq. Qarşıda onu daha bir böyük problem gözləyir - Amerikanın yığılıb-qalmış 16.7 trilyon dollar borcunu həll etmək.
Bu borc Obamadan əvvəl yaransa da, çıxış yolunu tapmaq onun çiyinləri üzərinə düşür. Konqresinin müəyyən etdiyi borc həddi artıq işlənib. Amerika yenə borca girməlidir. Obama 2 həftə sonra Konqresdən borc həddini artırmağı xahis edəcək. Prezidentə bu icazənin veriləcəyi böyük bir sual altındadır. Senat bunun üçün Obamanın öz xərclərini azaltmasını istəyir. Daş qayaya rast gəlib. Konqreslə prezident oyuncağını paylaşa bilməyən uşaqıar kimi dava etdiyi vaxt Amerika günbəgün zəifləməkdədir. Tərəflər inadkarlıq etməkdə davam edərlərsə, bu, Amerika tarixində ən uzun hökumət böhranı ola bilər.
Bununla belə, bir çox ekspert vəziyyətin ciddiliyi faktı ilə barışsalar da, yaranmış krizisin uzun sürməyəcəyini düşünürlər. Onlar hesab edirlər ki, ABŞ-ın oturuşmuş dövlətçilik mədəniyyəti və sahib olduğu demokratik dəyərlər və idarəetmə sistemi hər bir belə böhranı aşmağa qadirdir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22