İlham Əliyevin qələbəsindən sonra müxalifət liderləri siyasətdən gedir
12:41 12-10-2013
İQTİSADİYYAT
İlham Əliyevin qələbəsindən sonra müxalifət liderləri siyasətdən gedir
Partiya sədrlərinin istefası başladı
Prezident seçkiləri sona çatdı və hazırda ölkədə bir siyasi gərginlik müşahidə olunmaqdadır. Amma bu gərginlik iqtidarla müxalifət arasında yox, müxalifət daxilində baş verir. Demək olar ki, qarşılıqlı ittihamlar hər gün yaşanır və anlaşılan budur ki, yaxın günlərdə Milli Şura ümumiyyətlə dağılacaq. Çünki Milli Şurada təmsil olunan qüvvələr bir-biri ilə açıq savaşa başlayıblar və bunun nəticəsi olaraq yeni qüvvələrin formalaşması istiqamətində bəyanatlar səslənir.
Amma bu məqamlara toxunmadan öncə müxalifət daxilində ki, yeni ittihamlara baxaq. Belə ki, eks-spiker Rəsul Quliyevin seçkidən sonra Milli Şuraya qarşı mövqeyi daha da radikallaşıb. İqtidarın qələbəsini həzm edə bilməyən ACP lideri okeanın o tayından verdiyi növbəti açıqlamada müxalifətin məğlubiyyətini Milli Şura liderlərinin boynuna atıb. R.Quliyev müxalifətin seçkidə uduzmasını Milli Şuranın 21 avqust tarixli qərarı ilə əlaqələndirib.Seçki başa çatdıqdan dərhal sonra eks-spiker hətta İlham Əliyevin qələbəsinin legitimliyini tanıyaraq, Milli Şuradan sanki qisas almağa başlayıb.
“Müxalifət Milli Şuranın 21 avqust qərarı ilə nəhayət Azərbaycan xalqının kürəyini yerə vura bildi. 20 illik fəaliyətsizlik nəticəsində Əliyevlər hakimiyyəti ilk dəfə legitimlik statusu alacaq”.Milli Şura seçkinin nəticəsini tanımadığı bir vaxtda R.Quliyevin bu çıxışı hər şeyi tamamilə dəyişdi. O bu çıxışı ilə Milli Şurada, eləcə də müxalifətlə çiyin-çiyinə durmadığı mesajını verdi.R.Quliyev hətta Milli Şura liderlərini məğlubiyyətə görə xalqdan üzr istəməyə çağırıb. “Müxalifət liderləri cavab verməlidir, xalqın onları əfv etməsini xahiş etməlidirlər. Onlar xalqın kürəyini yerə vurdular”-deyə ACP lideri liderlərə qəzəbini büruzə verib.Eks-spiker yaxın günlərdə gələcək siyasi planlarını açıqlayacağını da deyib:-“Mən öz düşündüklərimi açıqlayacağam. Bir neçə gündən sonra. Baş verənlərə və gələcəkdə hansı plan və proqramla işləməyin effekti ola biləcəyi barədə geniş analiz verəcəyəm. Bu mənim vətəndaşlıq borcumdur”.Rəsul Quliyevin bu bəyanatını şərh edən mütəxəssislər bu qənaətdədir ki, artıq müxalifət yeniləşmək istiqamətində addımlar atmalıdır. Ən azından partiya rəhbərliklərində bir yeniləşmə olmalıdır. Çünki bir tərəfdən hazırki liderlər cəmiyyətin inamını doğrulda bilmir,bu biri tərəfdən isə yeni bir ideya ilə çıxış edə bilmirlər. Görünür bu reallığı ilk olaraq Sərdar Cəlaloğlu hiss etdi. Belə ki, Azərbaycan Demokrat Partiyasının sədri, pezidentliy namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizə ilə ADP-nin İcra Aparatına müraciət edib. Sərdar Cəlaloğlunun ərizəsində deyilir:-“Bildirirəm ki, 2005-ci ildə şəxsən mənim irəli sürdüyüm konstruktiv müxalifətçilik kursu ölkə və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyinə görə iflasa uğramış hesab edirəm. 2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm.Xahiş edirəm ki, istefamı partiyanın nizamnaməsinə uyğun olaraq baxıb müvafiq qərar verəsiniz".Partiya sədrinin 1-ci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, istefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq və müvafiq qərar veriləcək.Qeyd edək ki, Sərdar Cəlaloğlunun bu bəyanatında həm də bir etiraf var. Etiraf isə budur ki, müxalifət liderlərinin özləri də anladılar ki, İlham Əliyevə alternativ ola bilmirlər və günbə-gün sosial bazalarını itirirlər. Elə növbəti istefa verən müxalifətçinində bəyanatı bunu təsdiqləyir. Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasından istefa verib.Bu barədə 9 oktyabr seçkilərinin müşahidəsi ilə bağlı hazırladığı hesabatda qeyd edib. “VHP Siyasi Şurasının üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Ümid edirəm ki, məni daha perspektivli və fəal gənclər əvəz edəcəklər”-deyə, Əlövsət Əliyev vurğulayıb.Amma daha böyük istefaların bundan sonra da olacağı proqnozlaşdırılır və yəqin ki, əsas mərkəz AXCP olacaq. İlk növbədə ona görə ki, seçkilər zamanı müəyyən oldu ki, AXCP sədri Əli Kərimlinin kifayət qədər ciddi maliyyəsi və biznesi var, cəbhə üzvləri isə səfalət içindədir. Əli Kərimlinin bu qeyri-səmimiliyi isə sözsüz ki, cəbhəçilər tərəfindən normal qarşılanmayacaq və demək olar ki, indi əksər sıravi cəbhəçi üçün Əli Kərimli inam nöqtəsi deyil. Buna görə də sıravi cəbhəçilər 20 illik zülümdən sonra yenə də səfalət içində qalmaq istəmirlər. Bundan başqa sıravi müxalifətçilərə tam olaraq aydın oldu ki, mövcud hakimiyyətlə mübarizə aparmaq gücündə deyillər.Həmçinin cəmiyyət açıq şəkildə İlham Əliyevə dəstək olmaqla müxalifətdən üz döndərdilər. Seçkiləri izləyən müşahidəçilərin fikrincə bu seçkilər müxalifət üçün daha faciəli oldu. Və bunun bir sıra başqa səbəbləridə var. İlk növbədə məlum oldu ki, Azərbaycan cəmiyyətindən dəstək ala bilməyən müxalifətə beynəlxalq təşkilatların və dövlətlərində münasibəti birmənalı deyil. Öncələr müəyyən dövlətlər Azərbaycan müxalifətinin formalaşması və hakimiyyətə alternativ olması üçün addımlar atılırdı. Amma bu seçkilərdə buna cəhddə olmadı. Çünki kənar güclərdə gördülər ki, müxalifət tələblərə cavab verə bilmir və sürüşkən siyasət yürüdürlər. Belə ki, hər zaman qərbyönümlü olduqlarını iddia edən müxalifət son seçkilər zamanı gözlənilmədən əks xətt tutdular və Rusiyaya meyilləndilər. Hətta Milli Şuranın sədri Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan etdi ki, Avrasiya İttifaqına üzv olmaq mümkündür. Bu isə qərb üçün sözün həqiqi mənasında şok oldu. Məhz bundan sonra qərbin Azərbaycan müxalifətinə baxışı tamamı ilə dəyişdi. Elə seçkilər sona çatandan sonra verilən bəyanatlarda bunu təsdiqlədi.
Beləliklə aydın oldu ki, müxalifət ciddi bir qüvvəyə çevrilmək istəyirsə öz daxilində islahatlara başlamalıdır. Müşahidəçilərin fikrincə belə bir addımı ilk növbədə Müsavat partiyası atmalıdır. Belə ki, partiyanın nizamnaməsinə görə bir şəxs 2 dəfədən artıq partiya başqanı ola bilməz. Belə olan halda İsa Qəmbər istefaya getməlidir. Müşahidəçilər hesab edir ki, bu gün müxalifətin ən böyük problemi İsa Qəmbərlə Əli Kərimlinin müxalifətdə monopoliya yaratmalarıdır. Bu günə qədər yeni bir qüvvənin ortaya çıxmasını əngəlləyəndə məhz bu iki sima oldu. Elementar misal. “ReAl” təşkilatı yaradıldı və əsasən gənclər bir araya toplandılar. Anındaca istər Müsavat, istərsədə AXCP onlara qarşı hucuma keçdilər və belə rəy yaradıldı ki, onların hakimiyyətlə iş birliyi var. Buna görədə ekspertlər hesab edir ki, müxalifət daxili islahatlara mütləq getməlidir.Ən azından ona görə ki, mövcud hakimiyyətə alternativ olmasalarda, praktik addımları atma gücünü özlərinə qaytarsınlar. Bu seçkilərdə diqqəti cəlb edən başqa bir məqam isə İlham Əliyevin reytinqinin artması oldu. Hətta belə rəydə verilir ki, ötən 5 illə müqayisədə bu il İlham Əliyevin reytinqi 20 faiz artıb. Bir daha həm də təsdiqləndi ki, toplum İlham Əliyevə alternativ görmür və növbəti 5 ilidə məhz İlham Əliyevə etibar edirlər. İlham Əliyevin son qələbəsi isə müxalifət liderlərinin yerlə-yeksan olması kimi qəbul olundu. Hətta öncələr seçkilərdən sonra müxalifət liderləri sərt addımlar atmağa meyilli olurdularsa,bu dəfə daha çox susmağa üstünlük verdilər. Çünki açıq şəkildə məğlub olduqlarını və xalqın etimadını əldə edə bilmədiklərini gördülər. Məhz buna görə də müxalifət daxilində ciddi istefalar davam edəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34