ATƏT ikiyə parçalanır
15:22 15-10-2013
CƏMİYYƏT
ATƏT ikiyə parçalanır
Azərbaycandakı seçkilər beynəlxalq təşkilatda ciddi gərginlik yaradıb
Prezident seçkilərindən sonra beynəlxalq qüvvələrin bəyanatları və rəyləri səslənməkdədir. Çox maraqlıdır ki, bir-birinə ziddi olan bu bəyanatları bəzi hallarda eyni təşkilatın özü verir. Məsələn, ATƏT-in tərkibində olan qanadın biri seçkiləri tanımadığını,digər qanadı isə təbrik məktubunu göndərir. Belə ziddiyətin olması isə sözsüz ki, bu təşkilatların normalara cavab verməməsinə bir misaldır.
Bundan başqa aydın oldu ki, gözlənildiyi kimi erməni lobbisi bütün gücünü qoyub ki, Azərbaycanda keçirilən seçkilərin nəticələrini şübhəyə aldırsınlar və bununla da Azərbaycanın demokratik imicinə ağır zərbə vursunlar. Azərbaycan hakimiyyəti isə buna qarşı sərt şəkildə diplomatik mübarizəsini aparır və artıq müəyyən irəliləyişlərdə olub. “ATƏT PA-nın qısamüddətli missiyasının tərkibində Azərbaycanda keçirilmiş prezident seçkilərini izləmişəm. Parlament Assambleyasındakı digər həmkarlarım kimi, mən də bir çox seçki məntəqəsində oldum, Bakı və ətraf ərazilərdə yerləşən məntəqələrdə Slovakiyadan olan nümayəndə heyəti ilə birgə müşahidələr apardıq, səslərin hesablanmasında da iştirak etdik. Şəxsən məndə yaranmış təəssürat çox müsbət oldu”.
Bu sözləri Monteneqronun Budva şəhərində ATƏT-in Parlament Assambleyasının sessiyasında iştirak edən qurumun vitse-prezidenti, Gürcüstan parlamentinin üzvü Georgi Sereteli deyib.
Ümumilikdə prosesi müsbət dəyərləndirdiyini qeyd edən ATƏT PA-nın vitse-prezidenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) olan həmkarlarının kəskin dərəcədə mənfi bir rəy vermələrinin onu heyrətləndirdiyini vurğulayıb: “Başa düşürəm ki, seçkilərdə hansısa pozuntular olub, hər şeyi dəqiqliyi ilə bilmək mümkün deyil. Əsasən, səslərin hesablanmasında hansısa prosedurları yaxşılaşdırmağa əlbəttə ki, ehtiyac var, mən də bunu qəbul edirəm. Amma bu o demək deyil ki, bütün seçki prosesi mənfi tərzdə keçirilib. Dünənki iclasımızda da Almaniya və Fransadan olan həmkarlarımız bu haqda geniş şəkildə məruzələrini etdilər, onlar da bu və ya digər formada hansısa pozuntuların olduğunu istisna etmədilər, amma onlar da prosesin ümumilikdə müsbət şəkildə keçdiyini vurğuladılar.
“Mən də ATƏT PA-nın Azərbaycanda prezident seçkilərini müşahidə edən missiyasında olmuşam. Qeyd edim ki, Azərbaycanda üç il əvvəl keçirilən parlament seçkilərində də iştirak etmişəm və o vaxt ATƏT PA-nın xüsusi koordinatoru vəzifəsini yerini yetirirdim. Çox təəssüf edirəm ki, budəfəki seçkidən bir gün sonra keçirilmiş mətbuat konfransının belə xaotik şəkil alması müşahidə prosesində seçkilərə üç il bundan əvvəlkindən daha az ciddi yanaşıldığını göstərir”.
Bu sözləri isə avstriyalı deputat Volfqanq Qrossruk deyib.V. Qrossruk bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu öz şərhlərində daha çox məsələlərin mənfi tərəflərini qabartmağa can atır və bu, artıq DTİHB-nin bir növ təbiətinə çevrilib: “Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə söykənir, buradan yalnız mənfi elementləri götürməyə çalışır. Bu dəfə də belə oldu. Mən 1990-cı illərdən etibarən Azərbaycandakı seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və düzünü deyim ki, son zamanlar keçirilən seçkilərdə həqiqi irəliləyişə nail olunub. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi sahəsində gözə çarpacaq qədər müsbətə doğru dəyişikliklər olub. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisənin şahidi olmadım. Bu seçkilər ümumilikdə yaxşı təşkil edilmişdi. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqda danışanda əlbəttə ki, konkret faktlara söykənməliyik. Yəni, necə, harda, nə zaman, kimlər tərəfindən və s. DTİHB-in apardığı müşahidələrindəki qeyd və hesabatları isə heç vaxt konkret faktlara söykənmir və həmişə kimlərinsə haçansa söylədiklərini nələrisə əsas götürürlər”.
Beləliklə gördüyünüz kimi ziddiyətlər arta-arta gedir. Çox maraqlı başqa bir məqam isə budur ki, ATƏT üzvü olan bəzi deputatlar açıq şəkildə bildirirlər ki, onların rəyləri soruşulmayıb və bu bir qrup şəxsin yaydığı hesabatdır. Ən qəribəsi isə budur ki, elə ATƏT üzvlərinində qəbul etmədiyi bu hesabatı ABŞ Dövlət Departamenti hələ ki, əsas kimi götürür. Amma ABŞ-dan konqresmenlərin təbrik məktubundan hiss olunur ki, orada da ziddiyətlər var və yaxın günlərdə bununda nəticəsini görəcəyik.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49