Arif Qasımovun “maklerlərlə” iş birliyi
15:24 15-10-2013
CƏMİYYƏT
Arif Qasımovun “maklerlərlə” iş birliyi
İcra başçısı:” Əccəb edib “maklerlərlə” işləyirəm.Bunun heç kimə dəxli yoxdur”
Son zamanlar bir sıra rayon icra hakimiyyəti başçılarının fəaliyyəti cəmiyyətdə ciddi qıcıq yaratmaqda və hakimiyyətə yönəli bəyanatların sayı artmaqdadır.
Məhz bu özbaşınalıqlara görə prezident İlham Əliyev bir neçə icra başçısını vəzifəsindən azad etdi və ciddi xəbərdarlıq bəyanatı ilə çıxış etdi. Məhz bu bəyanatlardan sonra əksər icra başçısı fəaliyyətinə yenidən baxdı və qanunsuzluqlardan uzaqda durmağa çalışdılar. Amma elə rayonlar var ki, hələ də bu rayonlarda nə bir hərəkət var, nədə inkişaf. Bunlardan biri də Siyəzən rayonudur. Gəlin öncəliklə bu rayonun icra hakimiyyəti başçısının kimliyinə baxaq. Siyəzən Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov bu posta gələnə qədər Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi,daha sonra isə Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Bu postları tutduğu zamanlar isə bələdiyyələrin qanunsuz olaraq torpaq biznesi ilə məşğul olduqları zaman idi və Arif Qasımovda gücü çatacaq qədər bundan yararlanmağa nail oldu. Nizami rayonunda həmin illərdə torpaq alverinə şəxsən özü rəhbərlik edib və kifayət qədər biznesə sahiblənib. İndinin özündə Arif Qasımovun Nizami rayonunda maşın yuma sahələri,ticarət obyektləri,”Amazon” restoranı mövcuddur. Kifayət qədər sərvətə sahiblənən keçmiş bələdiyyəçi daha sonra Siyəzən rayonuna sahiblənə bildi. Amma bəzi Siyəzən sakinlərinin “qara” günü bundan sonra başladı. Çünki icra başçısı Siyəzən rayonunu bir dövlət məmuru kimi yox, biznesmen kimi idarə etməyə başladı. Qısa müddət ərzində torpaq sahələrinin satılması və zəbti prosesi başladı. Daha sonra isə sahibkarları çıxılmaz vəziyyətə salaraq rayonda tikinti işlərinə start verdi və bu tikinti sahələrinin əslində əsl sahibi elə özüdür. Amma işlər heç də bununla tamamlanmadı. Rayonda dövlət obyektlərinin tikintisidə Arif Qasımov yeni gəlir sahələrinə çevrildi. Amma bu işi daha etibarlı şəxslərlə görmək üçün o dövlət strukturları, rayon icra hakimiyyəti işçiləri ilə yox, Sumqayıtdan gətizdirdiyi Taryel adlı şəxslə görməyə başladı. Aydın oldu ki, Taryellə Arif Qasımovun dostluğu keçmişə bağlıdır və bir zamanlar hər ikisi torpaq biznesi ilə məşğul olublar. Taryel Siyəzənə gedənə qədərdə Sumqayıtda bu işlə məşğul olub və onu hamı “makler” olaraq tanıyır. Əslində Taryel adlı şəxs Siyəzəndə yenə maklerliklə və tikinti sektoruna nəzarət etməklə məşğuldur. Hətta heç bir rəsmi vəzifəsi olmasada rayon icra hakimiyyətində hamı onun tabeliyindədir və icra başçısının müavininin istifadə etməli olduğu “002” seriyalı dövlət maşınından Taryel istifadə edir. Bunu da qeyd edək ki, Arif Qasımov dəfələrlə Taryeli özünə müavin götürməyə çalışsada, onun Sumqayıtda yaxşı imic qazanmayan bir şəxs olmasına görə Prezident Admnistrasiyasından rədd cavabı gəlib. Buna baxmayaraq o qeyri-rəsmi olaraq demək olar ki, müavin statusundadır və tikinti sektorunda bütün maxenasiyalar şəxsən onun rəhbərliyi ilə həyata keçirilir. Hətta abadlıq üçün dövlət büdcəsindən vəsait ayrılsada,rayonda abadlıq işləri məhz Taryelin sahibkarlardan yığdığı pullar hesabına həyata keçirilir.Sonda bunu da qeyd edək ki, icra başçısından nəyə görə rəsmi şəxslərlə yox, maklerlərlə iş görməsini soruşanda isə maraqlı cavabı oldu:-“Əccəb edib maklerlərlə işləyirəm.Bunun heç kimə dəxli yoxdur”. Redaksiyamıza daxil olan daha maraqlı faktları isə aydınlaşdırandan sonra diqqətinizə çatdıracağıq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00