Müxalifətin sıraları seyrəlir
11:31 18-10-2013
CƏMİYYƏT
Müxalifətin sıraları seyrəlir
Acıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib. R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlunun sözlərinə görə, R. Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: “Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır.
Rəsul Quliyev partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidirlər”.
Qeyd edək ki, R. Quliyev özü də Facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində də yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib.
Azərbaycan Demokrat Partiyasının istefası qəbul edilməyən sədri Sərdar Cəlaloğlunun “Unikal”a söylədiyinə görə, “İstənilən ciddi seçkilərdən sonar siyasi partiyalardan istefaların baş verməsi təbii bir hadisədir və bunu normal qarşılamaq lazımdır. Dünya praktikasında bu cür faktlar külli miqdardadır və Azərbaycan siyasətçilərinin də dünya standartlarına uyğunlaşması qaçılmazdır. Şəxsən mən prezident seçkilərini bu və ya digər səbəblərdən və yaxud obyektiv, ya da subyektiv səbəblərdən uduzduğuma görə partiya sədrliyindən istefa vermişdim. Lakin partiyanın müvafiq qurumları bu qərarımı qəbul etmədi”.
Partiya sədrinin sözlərinə görə, “Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin istefa verməsinə gəlincə isə, fikrimcə, bu məqamda digər çalarlar daha qabarıq gözə dəyir. Onun istefa qərarı siyasi müstəvidən çox praqmatik işgüzar müstəvidə nəzərdən keçirilməlidir. Rəsul Quliyev yalnız və yalnız Azərbaycanın prezidenti olmaq iddiası ilə yaşayır. Bu dəfəki prezident seçkilərində müxtəlif manevrlər etsə də və müxtəlif səpgili ittiham və iddialarla çıxış etsə də, müxalifəti öz bayrağının altına toplaya bilmədi, yəni prezidentliyə namizəd ola bilmədi. Növbəti prezident seçkilərinə isə beş il qalır və Rəsul Quliyev qarşıdakı növbəti beş ildə havayı yerə pul xərcləmək istəmir. Çox güman ki, 2018-ci ilin prezident seçkilərinə bir müddət qalarkən Rəsul Quliyev ya yeni siyasi partiya
yaradacaq, ya da hansısa partiyanı maliyyələşdirməyə başlayıb özünün prezidentlik iddialarını yenidən gerçəkləşdirmək iddiasını ortalığa qoyacaq”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Unikal”a bildirdiyinə görə, “Mühacirət həyatı yaşayan eks-spiker Rəsul Quliyev böyük siyasi iddialarla yaşasa da, onun Azərbaycan müxalifətinin və cəmiyyətinin həyatında ciddi və yaxud gözədəyən hansısa bir rol oynayacağına inanmıram. O, yeni ideya və konstruktiv təkliflərlə çıxış edə bilmir və buna görə də istefasını şərh etməyinə dəyməz”.
Emin
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00