Rəsul Quliyevdə Milli Şuradan getdi
11:35 18-10-2013
CƏMİYYƏT
Rəsul Quliyevdə Milli Şuradan getdi
Müxalifətin parçalanması sürətlənir
Milli Şurada parçalanma davam etməkdədir. Seçkilərdən öncə bir neçə mühüm istefa olmuşdusa,seçkilərdən sonrada eks-spiker Rəsul Quliyev miqyasında istefa gündəmə gəldi. Amma məsələ bununla tamamlanmayacaq. Ekspertlər hesab edir ki, bu gün Milli Şura artıq misiyasını başa vurub və demək olar ki, hazırda seçkilərin nəticələrinə heç bir şəkildə təsir etmə imkanları yoxdur.
Faktiki olaraq bu gün prezidentliyə namizəd Cəmil Həsənli təkcə mübarizə aparır. Çünki son günlər nə Müsavat, nə də AXCP yetkililəri bir dənə də olsa bəyanatla çıxış etməyiblər. Real olaraq hansısa addım atmağa gəldikdə isə istər MSK,istərsədə beynəlxalq təşkilatlarla işləmək müstəvisində heç bir hərəkət müşahidə olunmur. Görünür bu hərəkətsizlik və hər zaman müxalifət liderlərinə olan inamsızlığına görə Rəsul Quliyev istefaya getdi. Acıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib.Bu barədə R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu məlumat verib.Onun sözlərinə görə, R. Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: “Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır. Rəsul Quliyev partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir”.Qeyd edək ki, R. Quliyev özü də “facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində də yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib.Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın lideri Rəsul Quliyevin və digər şəxslərin istefasına münasibət bildirib. S. Əkbər açıqlamasında bildirib ki, R. Quliyev istefaya getməklə düzgün qərar verib: “Rəsul Quliyev Azərbaycanda demokratiya uğrunda bundan sonra da mübarizəsini davam etdirəcəyini bəyan edib. O, indiyə qədər bir partiya çərçivəsində demokratiya uğrunda mübarizə aparırdısa, mübarizəsini bundan sonra cəbhəsini genişləndirərək aparmaq istəyir və bildirir ki, Azərbaycanda bu istiqamətdə mübarizə aparan bütün təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir. Mən onun istefa qərarını düzgün qiymətləndirirəm və hörmətlə yanaşıram”. S. Əkbər Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərovanın da istefalarına münasibətini açıqlayaraq partiya funksionerlərinin bu addımını təəssüflə qarşıladığını qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Partiya sədri təmsil olunduğu Milli Şuradan özünün hələ ki istefa verməyəcəyini açıqlasa da, bunu istisna da etməyib: “Hələlik Milli Şuradan istefa vermək niyyətimiz yoxdur. Bu, Milli Şuranın bundan sonra aparacağı siyasətlə bağlı olacaq. Yəni, istefamız Milli Şurada gedən müzakirələrdən, qurumun bundan sonra atacağı addımlardan asılı olacaq”.
Bunu da qeyd edək ki, hazırda istefa növbəsi ALP və “El” hərəkatındadır. Belə ki, Müsavat hazırda bütün gücünü səfərbər edərək ALP-in seçki prosesi zamanı dağıdıcı mövqe tutduğunu cəmiyyətə göstərmək istəyir. Hətta Lalə Şövkət Hacıyevanın Rusiyanın diqtəsi ilə hərəkət etdiyini də sübutlamağa çalışırlar. Belə bir addım atılacağı təqdirdə ALP ilə qoşa addımlayan “El” hərəkatı da avtomatik bu düşərgədən uzaqlaşacaq. Nəticədə demək olar ki, Cəmil Həsənli meydanda tək qalacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00