Azərbaycan 2014-cü ildə hərbi sahəyə büdcədən 3 milyard 786 milyon dollar ayıracaq
12:03 19-10-2013
CƏMİYYƏT
Üzeyir Cəfərov: “Ümidvaram ki, ictimaiyyətin və mətbuatın nəzarəti ilə Azərbaycan 2014-cü ildə dövlət büdcəsindən
ölkənin müdafiəsi məqsədi ilə hərbi sahəyə 2 milyard 958 milyon 972 min manat (3 milyard sayəsində bu vəsait təyinatı üzrə xərclənəcək”
786 milyon 750 min 929 dollar) vəsait ayıracaq. Hərbi qurumlara növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitin məbləği Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsinin layihəsində əksini tapıb. 2014-cü ildə dövlət büdcəsində hərbi sahə üçün nəzərdə tutulan vəsaitin həcmi 2013-cü ildəkindən 48 milyon manat çoxdur.
Növbəti ilin büdcəsində müdafiə xərcləri bölməsi üzrə 1 562 100 806 manat vəsait nəzərdə tutulur. Bunun 1 453 636 351 manatı müdafiə qüvvələrinin, o cümlədən, 1 039 957 321 manat Müdafiə Nazirliyinin (4,4% artımla), 122 772 583 manatı dövlət Sərhəd Xidmətinin (12,5% artımla), 23 881 355 manatı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (83,3% artımla) payına düşür.
Müdafiə xərcləri bölməsi üzrə qeyd olunan vəsaitin 106 318 488 manatı Milli Təhlükəsizlik Nazirliyinə (2,2% artımla), 2 758 805 manatı (1,8% artımla) müdafiə təyinatlı tətbiqi tədqiqatlar üzrə, 2 933 434 manatı (1% artımla) digər kateqoriyalara aid edilməyən xərclər üzrə Müdafiə Sənayesi Nazirliyinə nəzərdə tutulur.
Gələn il büdcənin digər bölmələri üzrə Silahlı Qüvvələrin tərkib hissəsi olan Xüsusi Dövlət Mühafizə Xidmətinə 81 916 764 manat (14,6% artım), DİN Daxili Qoşunlarına 137 175 453 manat (4,3% artım), Dövlət Feldyeger Xidmətinə 2 957 059 manat (5,2% artım) vəsait yönəldiləcək. Bundan əlavə, Daxili Qoşunlar üçün büdcənin səhiyyə xərcləri bölməsində 2 304 890 manat nəzərdə tutulur.
Əlavə olaraq, 2014-cü ildə büdcədə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 172 milyon manat vəsait nəzərdə tutulur. Bu da 2013-cü ildəkindən 6,4% çox olacaq.
Müstəqil hərbi ekspert Üzeyir Cəfərovun “Unikal”a söylədiyinə görə, “Azərbaycan məlum problemləri, xüsusən də Dağlıq Qarabağ məsləsinin həlli baxımından hərbi sahəyə ayrılan vəsaitlərin ilbəil artırılması müsbət hadisədir və bu tendensiyanı müntəzəm şəkildə davam etdirmək lazımdır. Unutmayaq ki, Ermənistan Rusiyanın təhriki ilə bölgədə militarist siyasət aparır və bu kursdan geri çəkilmək niyyətində deyil. “Yalvarmaqla donuz darıdan çıxmaz” deyiblər. Heç Azərbaycan da kiməsə yalvarmaq fikrində deyil. Ona görə də yeni və ən müasir hərbi texnikanın alınması, ordunun döyüş qabiliyyətinin yüksəldilməsi, zabit heyətinin maddi rifahının yaxşılaşdırılması cəmiyyətimizin və dövlətimizin qarşısında duran mühüm məsələlərdən biri olmalıdır”.
Ekspertin fikrincə, “Lakin bu tamam başqa bir məsələdir ki, dövlət büdcəsindən hərbi sahəyə ayrılan vəsaitlər təyinatı üzrə xərclənirmi? Düzdür, son illərdə ordumuzun gücləndirilməsi üçün Rusiyadan, İsraildən, Türkiyədən və Ukraynadan yaxşı silahlar və hərbi texnika alınıb. Amma bəzən bilərəkdən mətbuata sızdırılan məlumatlardan aydın olur ki, dövlətin müdafiə strukturlarında da korrupsiya və yeyinti halları kifayət qədər yer alıb. Mən ümidvaram ki, ictimaiyyətin və mətbuatın nəzarəti sayəsində bu vəsait təyinatı üzrə xərclənəcək”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49