Söyün Sadıqov satqınlığı
12:04 19-10-2013
CƏMİYYƏT
Söyün Sadıqov satqınlığı
Ermənilər Orxan Zeynalovun müdafiəsinə qalxsalarda, Söyün Sadıqov Kremlin tərəfində durdu
Orxan Zeynalov qalmaqalı davam etməkdədir. Çox müsbət haldır ki, proseslər baş verəndən dərhal sonra Azərbaycan hakimiyyəti ayağa qalxdı və Orxan Zeynalovun hüquqlarını müdafiə etdilər, tərcüməçi və vəkillə təmin olundu , ölkə rəhbərliyində ki, ən yüksək ranqlı şəxslər etiraz bəyanatı ilə çıxış etdilər. Hətta Azərbaycan bu məsələ ilə bağlı Rusiyaya etiraz notasıda təqdim etdi.
Çox sevindirici haldır ki, hakimiyyətin bu addımları müxalifət tərəfindən də dəstəkləndi və demək olar ki, əksər partiyalar bu hadisəni pislədilər və Orxan Zeynalovun haqlarının pozulmasına qarşı çıxdılar. Bundan başqa Rusiyada fəaliyyət göstərən diaspora təşkilatları da məsələni pislədilər və Rusiya hökümətindən məsələyə obyektiv yanaşmanı istədilər. Proseslərin bu məqamında bəlli oldu ki, Rusiyada yaşayan digər xalqlarda məsələni pisləyir və Orxan Zeynalovun hüquqlarının müdafiəsini tələb edirlər. İş o yerə çatdı ki, erməni yazıçılardan biri də azərbaycanlının həbs olunan zaman təhqir olunmasını pislədi. Amma Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı iş adamı Söyün Sadıqov biabırçı bir mövqe sərgilədi. “Belə isterika yaratmaq lazım deyil. Yaxşı olardı ki, Azərbaycan hökuməti öz vətəndaşlarının qeydinə qalsın” - deyə Sadıqov bildirib.S.Sadıqov Rusiyada bəzi radikal qüvvələrin situasiyadan sui-istifadə etməyə çalışdığını vurğulayıb. "Həmin qüvvələr ajiotaj yaratmaqla göstərməyə çalışırlar ki, Vladimir Putin hökuməti ölkəni idarə edə bilmir və miqrantlar Rusiyanı zəbt etmək üzrədirlər. Bu səbəbdən də Rusiya rəsmiləri ictimaiyyətə göstərməyə çalışırlar ki, hər şey nəzarət altındadır".Söyün Sadıqov bildirib ki, Rusiya rəsmiləri ümumilikdə azərbaycanlı ticarətçilərin hüquqlarını pozmur və onlara öz doğma yurdlarından fərqli olaraq sərbəst biznes aparmaq üçün şərait yaradıb.Cənab Sadıqovun əsas tənqidi bu məsələni şişirtməkdə ittiham etdiyi Azərbaycan hökumətinə yönəlib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bəyanatlarını şərh edən icma lideri deyib ki, Azərbaycan rəsmiləri bu olaydan siyasi xal qazanmaq üçün istifadə edirlər. “Onlar Azərbaycan vətəndaşının yanında hər gün olmalıdırlar. Fikirləşməlidir ki, orada çoxlu azərbaycanlı yaşayır” - deyə Sadıqov bildirib.O, əlavə edib ki, Azərbaycan varlı, neft və qaz ölkəsi olmasına baxmayaraq, bu ölkənin vətəndaşları işsizlik və yoxsulluq ucbatından Rusiyaya üz tutublar. "Əgər bu adamlara öz ölkələrində yaxşı şərait yaradılsaydı, onlar burada gəlib işləməyə məcbur olmazdılar" - deyə Söyün Sadıqov bildirib. O, qeyd edib ki, Azərbaycan hökumətinin Rusiyada yaşayan miqrantlar üçün şəraiti yaxşılaşdırmağa da xeyli imkanları var, lakin rəsmilər bunu etməkdənsə, daha çox gurultulu bəyanatlar verməyi üstün tuturlar. Gördüyünüz kimi bir müddət öncə özünü Azərbaycanın xilaskarı, Rusiyada yaşayan azərbaycanlıların mənəvi atası hesab edən Kreml casusu indi məsələni yeni hakimiyyət əleyhinə siyasiləşdirərək , bağlı olduğu Kremlin müdafiəsinə qalxdı. Apardığımız araşdırma zamanı məlum oldu ki, onun belə mövqe tutmasında təccüblü heç nə yoxdur. Çünki bu şəxsin Azərbaycana və azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Belə ki, o Gürcüstanda doğulan yezidi kürdüdür və məhz bu milliyyətinə görə ona Kremldə isti münasibət var. Çox qəribədir ki, onunla bir təşkilatda olan Abbas Abbasov Orxan Zeynalovun müdafiəsinə qalxır, bu isə tam əks mövqe sərgiləyir. Müşahidəçilər bildirir ki, onun məhz bu hərəkətlərindən sonra ətrafında olan azərbaycanlılar ondan imtina etməyə başlayıb. Çox böyük ehtimal ki, yaxın günlərdə Abbas Abbasovda öz mövqeyini açıq şəkildə nümayiş etdirəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49