İbrahimov İbrahimbəyovu ittiham etdi
12:06 19-10-2013
CƏMİYYƏT
İbrahimov İbrahimbəyovu ittiham etdi
“Dövlət Komitəsi Rusiyada yaşayan azərbaybaycanlılarla əlaqədar yaranmış situasiya haqqında öz mövqeyini rəsmi şəkildə bildirib və bu barədə kütləvi informasiya vasitələrində də geniş məlumat verilib. Bir daha qeyd edirəm ki, Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulub və məişət zəminində baş vermiş bir cinayət hadisəsinin etnik kontekstdə ictimailəşdirilməsi narahatlıq doğurur”.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədri hesab edir ki, Azərbaycan dövlətinin və ictimaiyyətinin narahatlığı tamamilə təbiidir: “Lakin çox təəssüf hissi ilə vurğulayıram ki, bu qədər böyük ajiotajın yaradıldığı, kütləvi informasiya vasitələrində azərbaycanlılar əleyhinə açıq-aşkar kampaniyanın aparıldığı bir vaxtda bəzi diaspor təşkilatlarının, konkret olaraq Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyatı (AzərRos) və özünü Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun nümayəndələrinin mövqeyi anlaşılmazdır.
Bir daha xatırlatmağı zəruri bilirik ki, bu təşkilatların rəhbərliyində təmsil olunan şəxslərin bir çoxu Rusiyanın müvafiq dövlət orqanları, kütləvi informasiya vasitələri ilə çox yaxşı əlaqələrə malikdirlər, ancaq nədənsə indi – zərurət yarandığı bir məqamda bu əlaqələrdən azərbaycanlıların maraqlarının müdafiəsi üçün istifadə etməyə lüzum görmürlər. Əksinə, bu təşkilatların rəhbərliyində təmsil olunan, azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətlə fəaliyyət göstərəcəyini bəyan edənlərin bəziləri, o cümlədən Rüstəm İbrahimbəyov kimi şəxslər sadəcə mətbuata açıqlama verməklə kifayətlənir. Rusiyanın Azərbaycanlı Təşkilatlar İttifaqı adlandıran qurumun yaradılmasının əsas təşəbbüskarlarından biri olan AzərRosun keçmiş rəhbəri Söyün Sadıqov isə yenidən baş verənləri siyasiləşdirərək, Azərbaycan dövlətini və Rusiyada yaşayan sadə azərbaycanlıları ittiham etməyə çalışır. Bu cür mövqe Azərbaycan ictimaiyyətində də haqlı olaraq müəyyən suallar doğurur. Son hadisələr Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasının Azərbaycanın milli maraqları baxımından tamamilə əhəmiyyətsiz təşəbbüs olduğunu bir daha sübut etdi. Hesab edirəm ki, yaranmış vəziyyətdə özünü həqiqətən azərbaycanlı hesab edən hər bir kəs azərbaycanlı icmasının maraqlarını müdafiə etmək üçün çalışmalıdır, real iş görməlidir, məsuliyyətsiz bəyanatlar verməklə məşğul olmalı deyil.
Xatırlatmaq istrdim ki, Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək görmək məqsədilə İşçi qrup yaradılmışdır. Bundan başqa, Dövlət Komitəsi soydaşlarımızın cəmiyyətə inteqrasiyasına dəstək vermək, azərbaycanlı icması ilə yerli xalq arasında qarşılıql dialoq mühitini inkişaf etdirmək məqsədilə Moskva hökuməti ilə bəzi birgə layihələr də həyata keçirməyi planlaşdırır. Bu barədə ilkin razılıq əldə olunmuşdur. Hesab edirik ki, bu cür birgə tədbirlər azərbaycanlı icması ilə Rusiya cəmiyyəti arasında münasibətlərdə pozitiv istiqamətdə inkişafına təkan verəcək və bizim ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğundur”.
Digər Xəbərlər
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:53
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33