Bəzi ixtisaslara imtahansız qəbul olacaq
12:07 19-10-2013
CƏMİYYƏT
Bəzi ixtisaslara imtahansız qəbul olacaq
“2015-ci ildən etibarən qəbul qaydalarına ediləcək dəyişiklərə əsasən, buraxılış imtahanlarında fənlərin sayı artırılacaq. Buraxılış imtahanlarında fənlərin sayının artırılması ilk növbədə qəbul imtahanlarında fənlərin sayının azalmasına təsir göstərəcək. Sonradan isə Azərbaycanda bəzi ixtisaslara qəbul imtahansız, yalnız attestat qiymətləri ilə qəbul aparılacaq”.
TQDK sədri Məleykə Abbaszadə deyib.
TQDK sədrinin sözlərinə görə, bu yeniliklər yalnız həmin ilin məzunlarına tətbiq olunacaq: “Nəzərə almaq lazımdır ki, hər il imtahanda 100 min nəfər iştirak edirsə, onlardan 50 mini əvvəlki illərin məzunları olur. Əvvəlki illərin məzunlarının qiymətlərini isə bu prosesdə nəzərə ala bilməyəcəyik. Çünki onların nəticələri həmin ilin məzunlarının nəticələrinə uyğun olmayacaq. Ona görə də əvvəlki illərin məzunları ali məktəbə qəbul üçün mütləq qəbul imtahanı verməlidir”.
M. Abbaszadə qeyd edib ki, attestat qiymətlərinin ali məktəbə qəbul zamanı nəzərə alınması mütəmadi olaraq həyata keçiriləcək. Bu proses ilk növbədə ölkə iqtisadiyyatında tələbat olan, lakin müsabiqə vəziyyəti aşağı ixtisaslarda tətbiq ediləcək: “Azərbaycanda kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmır. Bu il ali məktəblərdə həmin ixtisaslar üzrə 500-ə yaxın yer boş qalıb. Bu da çox ciddi nöqsandır. Gənclər həmin sahəyə getmirlər. Abituriyentlər ilk növbədə müsabiqə vəziyyəti aşağı olan ixtisaslara attestat qiymətləri ilə qəbul olunsa, bəlkə onları bu ixtisaslara cəlb edə bilərik”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda orta məktəb dərsliklərinin hazırlanması və yenidən nəşri ilə bağlı yeni təkliflər də irəli sürüb.
Onun sözlərinə görə, bütün dərsliklərlə əlaqədar fikir mübadiləsi və virtual meydana çevriləcək dərslik portalının yaradılması bu prosesə çox böyük töhfə verəcək.
M.Abbaszadə qeyd edib ki, yeni dərsliklər qəbul olunmadan öncə onların 1 il ərzində istifadə olunaraq müzakirə edilməsini təşkil etmək lazımdır: “Ondan sonra dərsliklər tenderdən keçdikləri halda, çap edilərək hamıya çatdırılmalıdır. Mən onun tərəfdarıyam ki, müəyyən dərsliklər variativ olsunlar. Məktəblərə bir dərslik yox, bir neçə dərslik təqdim olunsun və müəllimlər, məktəblər hansı dərslik əsasında tədris prosesini qurmalarını özləri seçsinlər. Təbii ki, burada müəllimlər onlar üçün daha rahat olan dərslikləri seçəcək. Bu da bir növ ictimaiyyətin seçimi kimi müəyyən olunur. Dərsliklərlə bağlı proseslər ümumi işlərdir və onları addım-addım həyata keçirəcəyik”.
Digər Xəbərlər
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00