İlham Əliyev Bakıda yeni çörək zavodunun açılışında iştirak edib
12:09 19-10-2013
CƏMİYYƏT
İlham Əliyev Bakıda yeni çörək
zavodunun açılışında iştirak edib
Oktyabrın 18-də Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində "Gilan Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib.
Bu zavod Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və "Gilan Holdinq" MMC-nin vəsaiti hesabına yaradılıb.
Dövlət başçısı müəssisəni işə saldı və istehsal prosesi ilə tanış olub.
Tədbirdə bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.
Sonra Prezident İlham Əliyev zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb.
Dövlət başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirib.
Sonra Prezident İlham Əliyev paytaxtın Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49