Laçının icra başçısı “təmizləmə əməliyyatı”na hazırlaşır
11:30 22-10-2013
CƏMİYYƏT
Laçının icra başçısı “təmizləmə əməliyyatı”na hazırlaşır
Ramiz Cəbrayılovun kadrları “vurulmaq” təhlükəsi qarşısında
“Bildiririk ki, 04.03.2013-cü il tarixdə Akif Səlimov Laçın rayonuna icra başçısı təyin olunub. Həmin tarixdən bu günə qədər rayonda vəzifə uğrunda ciddi mübarizələrə başlanıb". Bu sözləri demokratiya info-ya rayon sakinləri deyib.
Onların sözlərinə görə, özünə yeni komanda formalaşdırmağa çalışan A.Səlimov İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbə müdürü N.Nəcəfovu, İcra Hakimiyyətinin komendatı Şakir İbrahimovu, Mədəniyyət şöbəsinin müdüri İ.İlyasovu və Dairə Seçki Komisiyasının sədri Ş.Paşayevi tələm - tələsik tutduqları vəzifələrdən azad edib: "Ölkədə keçirilən seçkiylə əlaqədar dəyişikliyə qısa müddətli fasilə verən A.Səlimov seçkilərdən dərhal sonra Laçın rayon İcra Hakimiyyəti başçısı postuna şanslı namizəd olan iqtisadi məsələlər üzrə müavini A.Nəzərlini, Evlər idarəsinin müdiri Ə.Abbasovu və təhsil şöbəsinin müdüri Malik Vəliyevi tutduqları vəzifələrdən uzaqlaşdırmağa hazırlaşır.
Onu da xatırladaq ki, adı çəkilən məmurlar sabiq İcra başçısı R.Cəbrayılova xüsusi yaxınlığı ilə seçilən vəzifə sahibləri sayılır".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49