Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa?
11:32 22-10-2013
CƏMİYYƏT
Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa?
“Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi Ermənistan parlamentində müzakirəyə çıxarılacaq. “Lragir.am” saytının yazdığına görə, bunu Ermənistan parlamentinin dünən keçirilən ilk plenar iclasında spiker Ovik Abramyan bildirib. Onun sözlərinə görə, “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış layihə gələn həftənin çərşənbə axşamı parlamentdə müzakirə olunacaq.
Ermənistan parlamentinin Beynəlxalq məsələlər komitəsi qanun layihəsinin plenar iclasın gündəliyinə salınmasına müsbət rəy verməyib. Bu səbəbdən “İrs” fraksiyası layihəni növbədənkənar məsələ kimi gündəliyə salıb.
Politoloq Zəfər Quliyevin “Unikal”a söylədiyinə görə, “Ermənistan əvvəllər də bir neçə dəfə oxşar addımlar atmağa cəhd edib, amma hamısı da nəticəsiz başa çatıb. Çünki bu addımların hamısı müəyyən siyasi konyunkturaya hesablanıb. Güman edirəm ki, bu dəfəki cəhd də siyasi konyunktura motivlidir. Ehtimal ki, Ermənistan xarici dairələrin, xüsusən də Rusiyanın göstərişi ilə buna cürət edir”.
Politoloqun sözlərinə görə, “Dağlıq Qarabağın tanınması birinci növbədə Ermənistanın özü üçün ciddi təhlükə yaradar. Çünki belə olan halda münaqişənin nizamlanması üçün aparılan danışıqlar prosesi avtomatik şəkildə dayanacaq və Azərbaycanın müharibəyə başlamaqdan başqa çıxış yolu qalmayacaq. Bu da məlumdur ki, həm Qərb dövlətləri, həm də Amerika bu bölgədə hərbi əməliyyatların təzələnməsini istəmir. Güman edirəm ki, bu durum Rusiyanın da maraqlarına daxil deyil. Ona görə də ehtimal ki, Ermənistan bu addımı atmaqla Dağlıq Qarabağ prosesinin nizamlanması üçün aparılan danışıqlarda Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək niyyətindədir”.
Politoloqun fikrincə, “bunu da unutmaq olmaz ki, Ermənistan həm də Azərbaycan ətrafında hazırda yaranmış durumdan mümkün qədər fayda götürmək istəyir. Çünki Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra Qərblə münasibətlərimizdə soyuqluq yaranıb. Son günlərdə Rusiyada baş vermiş hadisələr isə, faktiki olaraq, Azərbaycanı müttəfiqsizlik durumuna salıb və Ermənistan bu durumdan istifadə etməyə cəhd edir”.
Azərbaycan Sosial-Demokrat partiyasının sədri Araz Əlizadənin “Unikal”a bildirdiyinə görə, “Dağlıq Qarabağın dövlət müstəqilliyinin tanınması barədə Ermənistan parlamentində qanun layihəsinin qəbul edilməsi bu ölkəyə heç nə verməyəcək. Bu qanun qəbul ediləndən sonra Ermənistan məcbur olub cırtdan dövlətlərə rüşvət verməli olacaq ki, onlar da Qarabağın müstəqilliyini tanısın, amma bu da bir fayda verməyəcək. Çünki Türkiyə Şimali Kiprin müstəqilliyini tanıdıqdan sonra başqa heç bir dövlət bu addımı atmayıb. Ermənistan da bu vəziyyətə düşəcək”.
Partiya sədrinin sözlərinə görə, “Ermənistanın ata biləcəyi addım yalnız Azərbaycanın xeyrinə olacaq. Hazırda dünyanın aparıcı dövlətləri Azərbaycanı müharibədən çəkindirir. Lakin həmin qanun layihəsi qəbul edilsə, Azərbaycanın əlinə güclü bəhanə keçəcək və dünya, o cümlədn Rusiya Azərbaycanın müharibə istəyinə qarşı çıxa bilməyəcək”.
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:00
2024-12-25 14:20:39