““Bakı Taxıl” ASC-də yoxlama başlayır
11:36 22-10-2013
CƏMİYYƏT
““Bakı Taxıl” ASC-də yoxlama başlayır
“Unikal”ın yazdığı Bəsirət
Quliyevi əsəbləşdirib
Ötən saylarımızda qeyd etmişdik ki, diqqəti cəlb etməyən oliqarxların sayı artmaqdadır və korrupsiya,rüşvət üzərində yaratdıqları bu biznes imperiyası ilə lazım olanda dövlətin özünü iqtisadi sabotajla üz-üzə qoymağada qalxırlar.
Belə monopolistlərdən biri də Nadir Quliyev adına “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyidir.Belə ki, taxılçılıqla məşğul olan fermerlər demək olar ki, məcburi şəkildə bu təşkilatın rəhbəri Bəsirət Quliyevin əsrinə çevriliblər. Belə ki, adıçəkilən səhmdar cəmiyyət fermerlərdən yüksək keyfiyyətli taxıl məhsulu alır.Amma bu zaman qiymətlər fermerlər üçün ürəkaçan səviyyədə olmur. Bununla bağlı dəfələrlə ASC sədri Bəsirət Quliyevə edilən müraciətlərin də faydası olmayıb. Qiymətlər sözügedən səhmdar cəmiyyətin maraqlarına uyğun müəyyənləşdirilir. Məsələ burasındadır ki, bu ASC Dövlət Taxıl Fondunun elan etdiyi tədarük məntəqələrindən biri olduğundan son qərarı da fermerlər deyir, məhz “Bakı-Taxıl”ın rəhbərliyi müəyyənləşdirir.
Qeyd etmişdi ki, Səhmdar cəmiyyətdə çalışan işçilərin əksəriyyəti müqaviləsiz çalışırlar.Bu məsələlərin araşdırılmasıyla bağlı Dövlət Əmək Müfəttişliyindən bizə verilən məlumatda bildirilir ki,artıq yoxlama qərarı verilib. Bir dövlət qurumunun bir təşkilatı yoxlaması sözsüz ki, normal haldır. Amma bu yoxlamanın nəticələrinin ictimaiətə məlum olub olmaması yəqin ki, mühüm məsələdir və çalışacağıq ki, nəticə ilə bağlı oxucularımızı məlumatlandıraq. Bunu da xatırladaq ki, haqqında danışılan səhmdar cəmiyyətə adı verilən mərhum Nadir Quliyev uzun illər Bakı 2 saylı çörək kombinatının direktoru olub. Hazırda onun adını daşıyan səhmdar cəmiyyətin sədri Bəsirət Quliyev məhz mərhum direktorun oğludur. Bunu da qeyd edək ki, bəzi korrupsioner məmurlar kimi Bəsirət Quliyevdə eyni taktikadan istifadə edir. Belə ki, əlimizdə olan bir sıra faktları dəqiqləşdirmək üçün dəfələrlə cəmiyyətlə əlaqə saxlamağa çalışsaq da bir nəfərdə olsa adam tapılmadı ki, bizə cavab versin. Əslində adam var, sadəcə olaraq etdikləri qanunsuzluqları susmaqla mətbuatın diqqətindən uzaqlaşdırmağa çalışırlar.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39