Ağcabədinin Mehman İsmayılov dərdi
Ağcabədinin Mehman İsmayılov dərdi

O, nazirə güc nümayiş etdirməyindən istifadə edir

Kənd Təsərrüfatı naziri İsmət Abbasov nəhayət ki, vəzifəsindən kənarlaşdırıldı. Müşahidəçilər bildirir ki, nazir olduğu müddətdə nazirlikdə demək olar ki,sözün həqiqi mənasında bir parakəndəlik müşahidə olunurmuş və bəzi hallarda adi idarə rəisləri belə itaətsizlik nümayiş etdirirdilər.
Elə bunlardan biri də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Ağcabədi idarəsinin rəis müavini Mehman İsmayılovdur. “Unikal”a verilən məlumata görə Mehman İsmayılov öncələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə şöbəsində rəis vəzifəsində çalışırmış. Amma sonradan nazirlə aralarında problem yaranır və o, tutduğu vəzifədən kənarlaşdırılır. Mehman İsmayılov isə bununla razılaşmır və məhkəməyə müraciət edir.Uzun-uzadı çəkişmələrindən sonra Mehman İsmayılov məhkəmənin qərarı ilə işinə bərpa olunur. Amma artıq onun yerində başqa birisi işlədiyi üçün nazir məcburiyyət qarşısında qalaraq onu Ağcəbədi rayonu Baytarlıq idarəsinə rəis müavini və epizodik həkim vəzifəsinə təyin edir. Amma nazirə güc nümayiş etdirməyi bacaran Mehman İsmayılov vəzifəsinə biganə yanaşmağa başlayır və işə sadəcə ürəyi istəyən vaxt gəlir. Dəfələrlə onun işə biganə yanaşması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovaya müraciətlər edilsədə heç bir nəticə olmur. Çünki Mehman İsmayılovun nazirə güc nümayiş etdirməsinə görə hamı ondan ehtiyat edir. Ağcabədinin Baytarlıq İdarəsinin əməkdaşlarının “Unikal”a verdiyi məlumata görə hazırda rayonda 200-ə yaxın mütəxəssisin olduğu halda kənardan Mehman İsmayılovun rayona gətirilərək bu posta təyin olunması və işinə laqeyd yanaşması heç də yaxşı qəbul olunmur. Bildirilir ki, hazırda Mehman İsmayılovun işi sadəcə olaraq epizodik işlər üzrə hesabatın hazırlanıb mərkəzə göndərilməsidir. Amma bu günə qədər bir hesabatda belə onun imzasına rast gəlmək mümkün deyil. Yəqin ki, yeni nazirin gəlişindən sonra Mehman İsmayılovun gedişi mümkünləşəcək.Mövzuya qayıdacağıq
Fuad