Vasif Talıbovdan daha bir qeyri-adi qərar
11:44 24-10-2013
CƏMİYYƏT
Vasif Talıbovdan daha bir qeyri-adi qərar
Naxçıvanda uzun saçlı və saqqallı tələbələr dərsə buraxılmır.
Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar.
Bu barədə Naxçıvan Özəl Universitetinin tələbələri məlumat veriblər.
Tələbələr yazıblar: “Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçı olanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr universitetdən çıxırlar. Bizim də burada əlimiz, qolumuz bağlıdır, bir şey edə bilmirik. Buradakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yetərincə ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz əlimizdə olmasa da, bir olaq, bir şey edək”.
Sayt məsələ ilə bağlı Naxçıvan Özəl Universiteti ilə əlaqə saxlayıb. Özünü Universitetin rektorunun köməkçisi kimi təqdim edən Vüqar Ələkbərov faktı təsdiqləyib: “Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinin tüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıq eləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməl etmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girirsə, heç olmasa onun saçı qaydasında olmalıdır.”
Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli sayta zəng edərək bildirib ki, bu informasiya yanlışdır: “Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar”.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49