Laçının icra başçısı qiyam yetişdirir!
11:47 24-10-2013
CƏMİYYƏT
Laçının icra başçısı qiyam yetişdirir!
Cəmi bir neçə ay bundan əvvəl Laçın rayonunun icra başçısı təyin edilən Akif Səlimovun vəzifə başında olduğu qısa müddətdə gördüyü “iş” laçınlılar arasında geniş narazılığın yaranması olub. "Yenixeber.info"ya verilən məlumata görə hal-hazırda icra başçısının kadr siyasəti rayonu iki yerə bölüb. Akif Səlimovun özünə yeni komanda formalaşdırmağa çalışması və bu zaman rayon sakinləri arasında etnik ayrı seçkiliyə yol verməsi vəziyyəti daha da qəlizləşdirib.Aldığımız məlumata görə, A.Səlimov icra başçısı olduqdan sonra Laçın rayon İcra Hakimiyyəti Başçısının hümanitar məsələlər üzrə müavini Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbə müdürü N.Nəcəfovu, İcra Hakimiyyətinin komendatı Şakir İbrahimovu, Mədəniyyət və Turizm şöbəsinin müdüri İ.İlyasovu vəzifələrindən kənarlaşdırıb, onların yerinə özünün adamlarını təyin edib.
Əlbətdə, icra başçısının öz komandasını formalaşdırmaq hüququ var. Lakin bu başqa insanlarlın hüquqlarının pozulması hesabına aparılmamalıdır. Bundan başqa etnik kimlik üzərinə ayrı seçkilik isə qanunla qadağandır. Bunu uzun illər polis orqanlarında işləmiş Akif Səlimov da bilməmiş deyil. Akif Səlimovun 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevin bu vəzifədən kənarlaşdırılmasını isə rayon sakinləri qisasçılıq kimi dəyərləndirirlər. Laçın rayonundan "yenixeber.info"-ya verilən məlumata görə, üç il əvvəl Akif Səlimov 121 saylı Seçki Dairəsindən deputatlığa namizəd olub. O zaman deputat seçilə bilməyən Akif Səlimov bunun günahını keçmiş icra başçısında və Dairə Seçki Komissiyasının sədrində görüb. İndi isə tələm - tələsik komissiya sədrinin dəyişdirilməsinə nail olub. Akif Səlimov prezident seçkiləri ilə əlaqədar kadr dəyişikliyinə fasilə versə də, indi yenidən hücuma hazırlaşır. Belə ki, Laçın rayon sakinləri arasında nüfuzuna görə icra başçısından geri qalmayan İcra Hakimiyyəti Başçısının iqtisadi məsələlər üzrə müavini A.Nəzərlini, Mənzil Komunal İstismar İdarəsinin müdiri Ə.Abbasovu vəzifələrindən azad etməyə və bu şəxslərin yerinə öz kadrlarını təyin etməyə çalışır. İcra başçısının təhsil şöbəsinin müdüri Malik Vəliyevi də vəzifəsindən kənarlaşdırmağa çalışdığı deyilir. Akif Səlimovun bu addımları isə Laçın rayon sakinlərini iki yerə bölüb. Bir çoxları hesab edir ki, Akif Səlimov rayonda vəzifələrə təyinat zamanı etnik ayrı seçkilik etməsi rayon sakinlərində narazılığı gücləndirir.
Fuad
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49