Rəsul Quliyevdən növbəti zərbə
11:48 24-10-2013
CƏMİYYƏT
Rəsul Quliyevdən növbəti zərbə
Onun geri qayıtması mümkünləşir
Eks-spiker Rəsul Quliyev yenidən müxalifəti sərt şəkildə tənqid edib. Bu günlərdə Milli Şuradan kənarlaşdırılması gözlənilən Rəsul Quliyev iddia edir ki, prezident seçkilərini müxalifət bilərəkdən uduzdu. Onun fikrincə müxalifət düşərgəsi bütövlükdə Müsavatla AXCP-in təsir dairəsindədir və buna görə də heç bir effekt əldə etmək mümkün deyil.Buna görə Rəsul Quliyev hesab edir ki, Milli Şura ilk növbədə aşağıdakı sualları müzakirə etməlidir:
1. Burada oturanların içərisində kim inanırdı ki, seçkilər saxtalaşdırılmayacaq. Seçkilərin saxtalaşdırılmasının qarşısını almaq üçün MŞ-nın müzakirəsi və ya planı olub ya yox?
2. Konkret kimlər bu əsas məsələni müzakirə etmək əvəzinə heç bir əhəmiyyəti olmayan memarandumları müzakirə obyektinə çevirib.
3. Kimlərin təşəbbüsü ilə bir çox namizədlər irəli sürmək,əsas namizəd seçkilərə buraxılmasa ( belə bir iş baş versəydi, ATƏT və Dövlət departamentinin neçə illərdir verdiyi standart bəyanatlara qeyri legitimlik əlavə ediləcəydi.) Sentyabrın 9-dan sonra qərar qəbul etmək kimi konstruktiv plan taran edildi. Seçkilərə ən azı İ.Qəmbər, Ə.Kərimli, E.Namazov, M.Fəttayev, C.Həsənli və S.Əkbər qatıla bilərdi. Hər şeyi qoyaq qırağa TV-də Cəmil müəllimin 54 dəqiqəlik çıxışının əvəzində 324 dəqiqəlik xalqa müraciət ola bilərdi. Orta hesabla hətta hər birinə 2-3 faiz səs yazsaydılar belə müxalifətin saxtalaşdırmaqdan sonra səsləri 12-18 faiz ola bilərdi.
4. Kimlər onsuzda onu seçkilərə buraxmayacaqlarından ehtiyat edib konstruktiv planı pozdu.
5. Musavat və AXCP faktiki seçkilərin təşkili məsələsindən hamını uzaqlaşdırıb bütün məsuliyyəti öz üzərinə götürdü. Bu gün həmin məsuliyyətin iflasına görə izahat verilməlidir.
6. Bu gün Cəmil müəllim bizim prezidentdir ideyası 2018-ci ilə qədər davam edəcək, ya bu məsələ ilə bir neçə adam məşğul olsun MŞ isə buraxdığı səhvlərdən nəticə çıxarıb real proqramla yəni bir proqramla “Azad seçkilər və xalqın konstitusion hüquqlarının özünə qaytarılması uğrunda’’ real mübarizə planını müzakirə edib qərar qəbul etməlidir.
7. MŞ-dan real vəziyyətə qiymət verməyi bacarmayan ömrü boyu şüarlarla yaşayanların təcrid olunmasının vaxtı çatmayıbmı və sair.
Ekspertlər hesab edir ki, Rəsul Quliyevin bu şəkildə sərt bəyanatla çıxış etməsi onun yeni ideyası ilə bağlıdır. Belə ki, Rəsul Quliyevin yaxın günlərdə yeni hərəkat yaradacağı gözlənilir. Məhz bu səbəbdən də partiyadan istefa verdi və hazırda bir sıra partiyalarla danışıqlar aparır. Müşahidəçilərin fikrincə KAXCP-də başda olmaqla 4 partiya Rəsul Quliyevlə əməkdaşlığa gedə bilər. Amma digər tərəfdən bəzi ekspertlər hesab edir ki, Rəsul Quliyev bu açıqlamaları ilə sadəcə olaraq hakimiyyətə yaxınlaşmağa çalışır. Tək məqsədi isə ölkəyə qayıtmaqdır. Hesab edirlər ki, hazırda hakimiyyət daxilində belə Rəsul Quliyevin bağışlanması üçün fikir mübadiləsi aparılır. Ayaz Mütəllibovun Bakıya qayıtmasına yaşıl işıq yandırılandan sonra eyni addım Rəsul Quliyevə də atılacaq. Amma onun siyasətdən getməsi nəticəsində. Hesab edilir ki, əslində Rəsul Quliyevin partiyadan getməsinin başlıca səbəbi də məhz budur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49