PKK Türkiyəyə qayıdır?
12:22 25-10-2013
CƏMİYYƏT
PKK Türkiyəyə qayıdır?
Ərəstun Oruclu: "PKK-nın yenidən Türkiyəyə dönmə ehtimalı ciddi daxili problemlərin meydana çıxmasına yol aça bilər"
"Kürdüstan İcmaları Birliyi" icraiyyə şurasının həmsədri Cəmil Bayik "Reuters" agentliyinə müsahibəsində bildirib ki, "PKK Türkiyəyə qayıtmağa hazırdı".
Türkiyəni Suriyadakı kürdlərə qarşı yerli islamçılardan istifadə etməkdə günahlandıran Bayik bildirib ki, onlar cavab tədbirləri görmək hüququna malikdirlər.
Təşkilat rəhbəri Rəcəb Tayyib Ərdoğanın elan etdiyi demokratik islahatlar paketini də tənqid edib: "Bu islahat paketinin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Kürd xalqının mədəniyyətinə, ana dilində təhsilinə və ərazi müxtariyyətinə aid heç bir konstitusion təminat yoxdur".
Cəmil Bayik kürd xalqının Türkiyəyə qarşı mübarizə aparmaq hüququnun olduğunu bildirib.
Qərb-Şərq Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun "Unikal"a söylədiyinə görə, "Faktiki olaraq, bir sıra qonşu ölkələrin Suriyaya qarşı yürütdüyü siyasət tam şəkildə fiaskoya uğradı. Ona görə də Amerika və bir sıra Qərb dövlətləri Suriyaya təzyiqləri dayandırmalı oldular. Əvvəlcə belə qələmə verilirdi ki, Əsəd rejiminə qarşı xalq müqaviməti başlanıb. Lakin indi məlum olur ki, Suriya hökumətinə qarşı silahla vuruşanların 95%-i muzdlulardır. Bu faktın ortalığa çıxması Suriya cəmiyyəti tərəfindən də olduqca neqativ şəkildə qarşılanıb və üsyançılara qarşı əvvəlki daxili və xarici rəğbət xeyli dərəcədə azalıb. Lakin çox təəssüflər olsun ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hələ də əvvəlki kimi Suriya üsyançılarını "qardaşlarımız" deyə adlandırır. Bu, çox yanlış bir siyasətdir və Türkiyə üçün bölgədə problemlər yarada bilər".
Politoloqun sözlərinə görə, "Təbii ki, belə olan halda PKK-nın liderləri də Suriya cəbhəsində Türkiyə ilə birgə ola bilməyəcəklərini görürlər. PKK-nın yenidən Türkiyəyə dönmə ehtimalı ciddi daxili problemlərin meydana çıxmasına yol aça bilər. Buna görə də Ərdoğan hökuməti bölgədəki reallıqlarla hesablaşmalı və qonşularına münasibətdə yürütdüyü siyasəti yenidən nəzərdən keçirtməlidir".
Adil
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49