Xəzər adalarında idman və stadionlar kompleksinin açılış mərasimi keçirilib
Xəzər adalarında idman və stadionlar kompleksinin açılış mərasimi keçirilib

Xəzər adalarında (Khazar Islands) inşa edilmiş və tamamlanmış idman və stadionlar kompleksinin açılışı olub.
Azərbaycanda idmana dəstək məqsədilə yaradılmış "Khazar Islands" peşəkar futzal komandasının təqdimatı keçirilib.
Tədbirdə mətbuat nümayəndələri ilə görüşən "Avesta" Konserninin rəhbəri Hacı İbrahim Nehrəmli jurnalistlərin suallarını cavablandırıb, qonaqları layihə ilə yaxından tanış edib.
Şirkət rəhbəri mətbuat nümayəndələri və qonaqlarla tikinti sahəsini gəzib, layihənin tam sürətlə inkişaf etdiyini əyani şəkildə nümayiş etdirib. Layihə rəhbəri yaxın gələcəkdə nəzərdə tutulmuş digər sosial obyektlərin açılışı zamanı da belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
İ.Nehrəmli "Avesta" Konserninin Azərbaycan idmanına qayğısından da danışıb, idmanın motorlu qayıqsürmə, futzal növlərinə xüsusi diqqət ayırdıqlarını bildirib.
İdman və stadionlar kompleksinin açılışından sonra "Khazar Islands" peşəkar futzal klubunun təqdimetmə mərasimi keçirilib. Qonaqlar "Khazar Islands" -"Neftçi" İSM futzal klubları arasında keçirilən yoldaşlıq görüşünü də maraqla izləyiblər.
Tədbirdən dərhal sonra "Avesta" Konserninin rəhbərliyi və qonaqlar yemək süfrəsi arxasında səmimi söhbət aparıblar.
Konsern rəhbərliyi bu möhtəşəm layihəyə ayırdıqları diqqətə görə jurnalistlərə minnətdarlığını bildirib, "Avesta" Konserni adından onlara xüsusi hədiyyələr təqdim edib.