Milli Şura ya İctimai Palata?
11:58 29-10-2013
CƏMİYYƏT
Milli Şura ya İctimai Palata?
Ekspertlər Müsavatsız və AXCP-siz bir hərəkatın yaradılmasını daha uyğun hesab edirlər
Müxalifət cəbhəsi hazırda düşdükləri durumdan çıxmaq üçün yollar aramaqdadırlar. Hazırda real olan budur ki, Rəsul Quliyev yeni təşkilatın yaradılması istiqamətində aktivləşib və Milli Şuradan çıxarılan qüvvələri ətrafına toplamağa çalışır. Musavat partiyası və tərəfdarları isə hesab edir ki, artıq İctimai Palatanı aktivləşdirmək lazımdır və seçkidən sonrakı mərhələdə bu qurum çərçivəsində fəaliyyət göstərmək şərtdir.
Amma AXCP bunun tam əksini düşünür və hesab edirlər ki, Milli Şurada təmizləmə işlərini aparandan sonra elə bu qurum çərçivəsində fəaliyyət göstərmək əsasdır. Bu biri tərəfdən isə yeni partiyanın yaradılmasıda gündəmə gəlir. Belə ki, keçmiş səhiyyə naziri Əli İnsanovun Cəmil Həsənliyə xəbər göndərdiyi və onunla birlikdə partiya yaratmaq istədiyi söylənilib. Cəmil Həsənli isə hələ ki, belə bir təklif almadığını,alarsa bunu dəyərləndirəcəyini bəyan edib. Beləliklə gördüyünüz kimi müxalif liderlər hələ ki, konkret bir plana sahib deyillər və buna görə yaradılan təşkilatlar heç bir nəticə əldə edə bilmirlər. Bu arada yeni ideya gündəmə gətirildi.Bir neçə müxalif partiyanın, QHT-nin və ictimai fəalların təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Xalq Partiyasının sədri Pənah Hüseyn deyib ki, hazırkı mərhələdə bu qurumun fəaliyyət göstərməsinə zərurət yoxdur: “Çünki müxalifətin daha geniş spektrinin birləşdiyi Milli Şura mövcuddur. Ona görə də müxalifətin iki birliyindən biri fəaliyyətinə xitam verməlidir. İşinə xitam verilməli təşkilat isə İctimai Palatadır, Milli Şuranın tərkibi daha genişdir, son siyasi proseslər də şuranın bayrağı altında baş verib. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifətin əməkdaşlığının formatı kimi Milli Şura qalmalıdır”.Pənah Hüseyn bildirib ki, Koordinasiya Şurasının son toplantısında İctimai Palatanın buraxılması məsələsi müzakirə olunub, amma qərar verilməyib: “Qərar sessiyada veriləcək. Amma qərarın necə olacağını indidən demək çətindir”.Xalq Partiyasının sədri Koordinasiya Şurası üzvlərindən neçə nəfərin İctimai Palatanın buraxılmasına tərəfdar olduğunu, neçə üzvün buna qarşı çıxdığını açıqlamayıb.Maraqlıdır, İctimai Palatanın buraxılması müxalifət üçün hansı perespektivlər yarada bilər? Müşahidəçilər hesab edir ki, əslində bu gün Milli Şura, Ziyalılar Forumu və İctimai Palata bir-birini təkrarlayan təşkilatlardır. Sadəcə olaraq bəzi təşkilatların tərkibi daha genişdir. Amma əsas məsələ budur ki, bütün qurumlar tam olaraq Müsavat və AXCP-in təsirindədir və bu monopoliya nə qədər qalacaqsa heç bir ciddi nəticədə əldə olunmayacaq. Çünki hər iki partiya bu təşkilatlarda kollektiv mübarizəyə yox, partiya maraqlarının həyata keçməsinə çalışırlar. Elə buna görə də Milli Şurada sərbəst xətt yürütmək istəyən şəxslər dərhal qurumdan kənarlaşdırıldı. Ekspertlər hesab edir ki, bu gün müxalifətin xilas olma yolu yeni bir birliyin yaradılmasıdır və bu birlik çalışmalıdır ki, Müsavat və AXCP-in təsir dairəsindən çıxsın. Hzırda bu missiyanı iki qüvvə müəyyən şəkildə reallaşdıra bilər. Birincisi Cəmil Həsənli-Əli İnsanov tondemi, ikincisi isə “ReAl” hərəkatı. Xatırladaq ki, “ReAl” hərəkatı hazırda partiyaya çevrilmək üçün fəaliyyətə başlayıb və Müsavat partiyası ilə buna görə münasibətləri gərginləşib. Həmçinin AXCP-də “ReAl”ın fərqli siyasət yürütməsinə razılıq vermək istəmir və sosial şəbəkələrdə bu təşkilat üzvləri ciddi şəkildə tənqid olunur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35