İri çaplı məmurların həbs qorxusu
11:58 29-10-2013
CƏMİYYƏT
Bir neçə gün ərzində 4 hakim oyundankənar qaldı
Əksər ekspertlər hesab edirdi ki, seçkilərdən dərhal sonra korrupsiyaya qarşı savaş daha da ciddiləşdiriləcək. Elə bunu prezident İlham Əliyev andiçmə mərasimində də dedi və hazırda bunun real nəticələrini görürük. Belə ki, bu dəfə hədəfə alınanlar hakimlər oldu. Ekspertlərdə bildirirdi ki, Azərbaycanda kifayət qədər qüsurlu yerlərdən biri və korrupsiyanın inkişafına təkan verən sahə məhkəmə sistemidir.
Buna görə də dəfələrlə bu məsələ gündəmə gətirilmişdi və müəyyən islahatların həyata keçirilməsi planlaşdırılırdı. Nəhayət ilk addımlar atıldı. Öncə Bakı Apelyasiya Məhkəməsinin hakimi Hilal Xəlilov, Gəncə Apelyasiya Məhkəməsinin hakimi CeyhunƏhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Məhərrəm Allahverdiyev vəzifəsindən azad edildi. Gördüyünüz kimi hər üç post kifayət qədər ciddi post idi və bununla da sanki bir siqnal verildi ki, bütövlükdə məhkə sistemində yeniləşmə olacaq. Amma məsələ heç də bununla sona çatmadı. Daha ajiotajlı istefa son gün baş verdi. Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda MHŞ-nin 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılıb, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.Bunu da qeyd edək ki, uzun müddət idi ki, Həsən Əliyev bir iş adamını aldadaraq ondan 600 min manat pul aldığı və bir iş adamını həbs etdirdiyi ilə bağlı mətbuatda xəbərlər dolaşırdı. Amma hakim bunları təkzib edib,qarşı tərəfi isə susdurmağa çalışırdı. Amma hakimin cəhdlərinə baxmayaraq məsələyə obyektiv yanaşma belə bir nəticəni ortaya çıxartdı. Bununla yanaşı olaraq artıq bölgələrdə müstəntiqlərlə də bağlı proseslərə start verilib və Qusar Rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov qandallanıb.Ələmşah Şükürov bir müddət əvvəl prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib. O, xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib.Ekspertlər hesab edir ki, öncələr belə rəy yaranmışdı ki, məhkəmə və prokurorluq sistemi toxunulmaz bir sistemdir və buna görə də bu sahədə işləyənlər qanun pozuntusuna ya meyilli olur,ya da çox şeylərə göz yumurdular. Amma son günlər həyata keçirilən əməliyyatlar sübut etdi ki, toxunulmazlıq statusuna sahibləndiyini iddia edənlərdə artıq hədəfdədir. Beləliklə korrupsiyaya qarşı mübarizənin ikinci dalğasına start verildi və bu dəfə hədəfdə daha iri çaplı məmur korpusudur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35