Kəmaləddin Heydərov: "Hər yerdə olduğu kimi, bəzi federasiyalarda da ikili standartlar mövcuddur"
12:45 30-10-2013
CƏMİYYƏT
Kəmaləddin Heydərov: "Hər yerdə olduğu kimi, bəzi federasiyalarda da ikili standartlar mövcuddur"
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov Qazaxıstanın Almatı şəhərində keçirilmiş dünya çempionatında uğur qazanmış milli komandamızın üzvləri və il ərzində müxtəlif nüfuzlu yarışlarda fərqlənmiş digər boksçularla görüşüb. Tədbirdə çıxış edən K.Heydərov boks yığmasının dünya çempionatından böyük qələbələrlə döndüyünü bildirib.
K.Heydərov boksçuların uğurunu ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsi kimi dəyərləndirib: "2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında komandamız 1 qızıl, 1 gümüş medal qazanmışdısa, Almatıdan 2 qızıl, 1 bürünc medalla döndü. Təəssüf ki, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi Azərbaycan üçün hazırlanmış bir ssenarinin əsasında boksçularımızın daha yüksək nəticələr göstərmələrinə imkan verilmədi. Bununla belə, olimpiadada 2 bürünc medal qazandıq.
Bu, ölkəmizdə cənab Prezident İlham Əliyevin gənclər və idman sahəsində həyata keçirdiyi uzun müddətli siyasətin nəticəsidir. Əvvəllər təkcə boksçularımızın deyil, digər növlər üzrə idmançılarımızın da məşq etməyə belə yerləri yox idi. Amma indi Azərbaycanın hər bir regionuna gedirsən, hər yerdə olimpiya kompleksləri və digər idman qurğuları istifadəyə verilib. Bu, ölkəmizin digər sahələrində olduğu kimi qazandığı nailiyyətlərdən biridir".
K.Heydərov əldə edilən uğurla bağlı Prezident İlham Əliyevə təşəkkür və təbriklərimi çatdıraraq, bunu dövlət başçısının prezident seçkisində parlaq qələbəsinə verdiyi dəstək kimi dəyərləndirib: "Almatıda bütün çəki dərəcələrindəki boksçularımızın çıxışlarını izlədik. Gördük ki, bizim həvəskar boksçularımız dünya səviyyəli idmançılarla bərabər, hətta yeri gələndə onlardan yüksək səviyyədə döyüşürdülər. Amma yenə deyirəm: nə qədər xoş olmasa da, hər yerdə olduğu kimi, bəzi federasiyalarda da ikili standartlar mövcuddur. Bəzən istəyirlər ki, öz niyyətlərini həyata keçirsinlər. Beynəlxalq Həvəskar Boks Federasiyasının əsas texniki heyəti boksçularımızın nəticələrini aşağı salırdılar. Amma qalibi mühakimə etmirlər.
Biz ümumi komanda hesabında 3-cü yeri tutmuşuq, Azərbaycanın idman salnaməsinə yazılmışıq. Bundan sonra da qazanılacaq medallar siyahısında öz yerimizi tutmuşuq. İdman uğurlarınızla siz nə qədər yüksək pillələrə qalxsanız, deməli, Azərbaycan gəncliyi o qədər sağlamdır. O vaxt ümummilli lider Heydər Əliyev "Sağlam bədəndə sağlam ruh olar" deyirdi. Onun sözləri bu gün öz məntiqi nəticəsini tapır. Azərbaycanda sağlam gəncliyin olmasında ümummilli liderimizin rolu hamımızın göz qabağındadır".
ABF prezidenti əldə olunan uğurlarda idmançılarla bərabər, məşqçilərin də rolunu xüsusi qiymətləndirib.
Digər Xəbərlər
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00
2024-12-25 10:15:33
2024-12-25 10:08:08
2024-12-25 10:04:55
2024-12-25 09:52:16
2024-12-25 09:51:52
2024-12-25 09:33:00
2024-12-25 09:01:37
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 20:00:00
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01