Aydın Bəşirov Məleykə Əsədovaya ev bağışlaybmış
10:21 31-10-2013
CƏMİYYƏT
Aydın Bəşirov Məleykə
Əsədovaya ev bağışlaybmış
O, şou aləmində taışlarının çox olduğunu təsdiqlədi
Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəzifəsindən azad edilməsini hələdə həzm edə bilmir. Sən demə Aydın Bəşirov vəzifəsini bir kənara qoyaraq kef məclisləri təşkil etməklə şou ulduzları ilə zaman keçirirmiş, bəziləri isə bəyan etdilər ki, Aydın Bəşirov dövlətə məxsus gəmiləri, yaxtaları şəxsi mükliyyətinə əlavə edib.
Uzun müddət susqunluqdan sonra deyəsən Aydın Bəşirov danışmağa başladı. İlk verdiyi izahat isə xalq artisti Məleykə Əsədova ilə bağlı oldu. Qeyd edək ki, çoxdan belə fikirlər səsləndirilirdi ki, xalq artisti ilə baş gəmiçinin sıcaq münasibətləri var və ona hətta nə zamansa mənzildə hədiyyə edib. Nəhayət ki, Aydın Bəşirovun özü bunu təsdiqlədi.O,bildirib ki,-“Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə gəldi mənim yanıma xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev. Daha sonra isə həmin evdən balkon çıxarmasına da icazə verdim. Mən Məleykə Əsədovanın sənətini bəyəndiyim üçün ona ev vermişəm. Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm”. Maraqlıdır, şəhərin mərkəzində öz idarəsi ilə heç bir bağlılığı olmayan və həmin vaxtlar hansısa dövlət mükafatı və adı olmayan bir aktirisaya hansı əsaslarla mənzil vermək olar? Yəqin ki, sualın cavabı artıq oxuculara məlumdur. Aydın Bəşirov həmçinin yaxtalarının olduğunu da etiraf edib. Amma məsələni elə qoymaq istəyib ki, güya bu yaxtalar Azərbaycan Yelkənli Gəmi Federasiyasınındır və o da, federasiyanın prezidenti olduğundan belə rəy yaranıb.Məleykə xanımın “dostu” açıqlama verərək bildirib ki,“ Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır”.Amma mənbələr bildirir ki, bu günün özündə şəxsən Aydın Bəşirova və qohumlarına məxsus yüzdən çox yaxta var və onların bir qismi icarəyə verilir.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49