Politoloq: "Dəyərlərini itirən, xristianlıq makleri Serj Sərkisyanı dəyərə çevirən Avropada həzrəti İsanın reytinqi 5 faizdən yuxarı ola bilməz"
12:20 01-11-2013
CƏMİYYƏT
Politoloq: "Dəyərlərini itirən, xristianlıq makleri Serj Sərkisyanı dəyərə çevirən Avropada həzrəti İsanın reytinqi 5 faizdən yuxarı ola bilməz"
Ermənistan prezidenti Serj Sərkisyanla Qərbin münasibəti normal məntiqlə izah oluna bilmir.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun fikrincə, S.Sərkisyanın erməni kimi, Ermənistanın dövlət başçısı kimi Azərbaycana və Türkiyəyə münasibətinin Avropa tərəfindən dəstəklənməsini başa düşmək olar:
"S.Sərkisyanın Xocalı soyqırımını törətməsini, uşaq qatili olmasını unutmaq olar. S.Sərkisyanın Avropada yerdəyişmə hüququnun prioritetliyini elan edə-edə Azərbaycanın bir kəndinin əhalisinin digər kəndə getməsinə qadağan etməsini diqqətə almamaq olar. Dialoqdan və digər Avropa dəyərlərindən danışan S.Sərksiyanın Dağlıq Qarabağın erməni icmasına azərbaycanlı icması ilə görüşə qadağan etməsini də nəzərə almamaq olar".
M.Əhmədoğlu qeyd edib ki, erməni S.Sərkisyanın ermənilərə münasibətinə qərb siyasətçilərinin laqeyd qalmasını da başa düşmək olmur: "2008-ci ilin martın 1-də S.Sərksiyan hakimiyyətə gələrkən 10 erməni öldürdü. Heç bir yüksək çinli Qərb rəsmisi və siyasətçisi açıq formada bu məsələyə münasibət bildirməyib. Məhz erməni əhalisi məhz S.Sərkisyanın siyasəti ucbatından Ermənistanı tərk edir. Qərb rəhbərləri S.Sərkisyanın xətrinə bunu da nəzərə almırlar. 2013-cü ilin fevralında keçirilən prezident seçkilərində S.Sərkisyan uduzmuşdu. Seçkini faktiki ABŞ vətəndaşı Raffi Ovannisyan udmuşdu".
Politoloq deyib ki, Qərb əməlli-başlı təhsil görmüş R.Ovannisyana deyil, savadsız S.Sərkisyana üstünlük verdi. Məhz S.Sərksiyana görə Avropa Xalq Partiyası müxalifətçi "İrs" partiyasını öz tədbirinə buraxmadı.
M.Əhmədoğlu əlavə edib ki, həm S.Sərksiyanın rəhbərlik etdiyi Respublika partiyası, həm də faktiki seçkiləri udmuş müxalifətçi "İrs" partiyası (sədri R.Ovannisyan) Avropa Xalq Partiyasının üzvləridir:
"Qərb siyasətçilərinin hətta ermənilər arasında S.Sərkisyana olan xüsusi münasibəti digər ehtimalı gündəliyə gətirir: S.Sərkisyan avropalılar üçün dəyərdir. Görünür, Qərbdə indi başa düşüblər ki, bəzi dəyərləri itiriblər, yerini doldurmaq lazımdır. Və məhz ona görə S.Sərkisyanı özləri üçün dəyər seçiblər. Qərbin ən azı bizim region üzrə apardığı siyasətin elmi tutumu o qədər aşağıdır ki, bu siyasəti hazırlayan, icra edən şəxslərin intellektinin aşağı olduğunu aydın şəkildə göstərir. Belə intellektlərin yaratdığı dəyər elə S.Sərkisyan olmalıdır".
Politoloq qeyd edib ki, S.Sərkisyanın mahir yalançı, blef ustası olması və xristian dəyərlərini tapdalaması onun Avropa dəyərinə çevrilməsində mühüm rol oynadı.
M.Əhmədoğlunun sözlərinə görə, dəyərlərini itirən, xristianlıq makleri S.Sərkisyanı dəyərə çevirməyə məcbur olan Avropada indi həzrəti İsanın reytinqi 3-5 faizdən yuxarı ola bilməz:
"Beləliklə "II Ənvər Sədat" statusu ilə fəaliyyətə başlayan S.Sərkisyan hal-hazırda Avropa dəyəridir. Müasir Avropada Hz. İsanın mənşəyi barədə geniş müzakirələr başlayıb. Bu artıq bizim üçün də təhlükədir. Çünki bizim dinimizin qanunlarına görə, həzrəti İsa peyğəmbərdir və dünyanın sonunadək mövcud olmalıdır. O başqa birisi ilə əvəzlənə bilməz. Ona görə S.Sərkisyan avropalıların peyğəmbəri ola bilməyəcək. Bəlkə də Avropa siyasətçiləri savadlandı və ağıllandı".
Alı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49