Müxalifət gəncləşdirilməlidir
10:51 07-11-2013
CƏMİYYƏT
Müxalifət gəncləşdirilməlidir
40 yaşdan yuxarılar meydandan çəkilsin
Milli Şuranın demək olar ki, böyük bir hissəsi bu təşkilatdan imtina etdi. Və əksəriyyət bəyan etdi ki, Milli Şura normalara cavab vermir və bəzi liderlər, konkret olaraq İsa Qəmbərlə, Əli Kərimli şəxsi maraqlarını Milli Şuranın maraqlarından üstün tuturlar. Buna misal olaraq göstərildi ki, Milli Şura daxilində yarandığı ilk günlərdə ciddi nüfuz sahibi olan “El” hərəkatı ilə ALP-ni sıradan çıxaran, onlara yaxın mətbu orqanlarda Eldar Namazovla, Lalə Şövkət Hacıyevanı Rusiyanın agenti kimi qiymətləndirib gözdən salanlarda elə İsa Qəmbərlə Əli Kərimli olub.
Bundan başqa Rəsul Quliyevin rəhbərlik etdiyi ACP və KAXCP-də Milli Şuranın fəaliyyətindən razı qalmadılar. Ekspertlər hesab edir ki, bu hələ başlanığıcdır və yaxın günlərdə Milli Şura daxilində AXCP ilə Müsavatında ciddi qarşıdurması olacaq. Çünki Müsavat partiyası qurultaya hazırlaşır və çox böyük ehtimal ki, İsa Qəmbəri qurultaydan sonra Arif Hacılı əvəzləyəcək. Arif Hacılının isə AXCP-yə və şəxsən Əli Kərimliyə münasibəti kifayət qədər sərtdir və o, heç bir halda AXCP ilə bır təşkilatda təmsil olunmağa razılıq verməyəcək. Görünür bunları nəzərə alan Rəsul Quliyev yeni təkliflərlə çıxış edib.“İngilislər dünya sivilizasiyasına dində islahatları, müasir demokratiyanın təməlini, poeziya və elmin ən böyük incilərini bəxş edən bir xalqdır. Bunlarla yanaşı, genetik səviyyədə incə yumorları ilə də fərqlənirlər. Düzdür, bu yumoru anlamaq üçün bəzilərinə bir il, bəzilərinə də bir ömür belə çatmır. Onlar deyir: “Əgər mexanizm işləmirsə, əl vurma, işləməyəcək. Əgər mexanizmi işləyirsə, toxunma, onsuz da işləyəcək”. Bu misalı Milli Şurada baş verənlərə görə çəkdim. Milli Şurada sədr və ya həmsədrlər postunun olması ilə nə dəyişə bilər?! Heç bir şey”. Bunu eks-spiker Rəsul Quliyev Milli Şurada həmsədrlik institutunun yaradılmasına münasibət bildirərkən deyib. O, Milli Şuranın hazırkı fəaliyyətinə yenə də yumoristik yanaşıb: “Milli Şuranın ayda və ya rübdə bir dəfə yığışıb “Biz 2013-cü il seçkisini udduq və ölkədə korrupsiyanı pisləyirik” kimi bəyanatla çıxış etməyinin kimə nə istisi, nə də soyuqluğu ola bilər?! Mənim Milli Şuranın üzvlüyündən çıxarılmağımla bağlı məsələni MŞ-nin sessiyasında qaldırmaq və “üzvlükdən çıxartmaq” 20 ildir, ana müxalifət adını mənimsəmiş, indi də MŞ-ni ələ keçirmişlərin 2013-cü ildə ən böyük qələbəsi hesab ediləcək. Bu məsələyə yalnız yumorla yanaşmaq olar”.R. Quliyev Milli Şuranın buraxılmasının tərəfdarıdır: “Milli Şura tamamilə buraxılmalıdır, fundamentin qalıqlarından təmizlənməlidir, idarə heyəti 5, üzvlərinin sayı 25-dən artıq olmayaraq qurum yaradılmalıdır. Adının necə olmasının heç bir fərqi yoxdur. İdarə heyətinə yaşı 40-a qədər olanlar daxil olmalıdır. 20 illik liderlər qurumun üzvü ola bilərlər. Bu qurum ancaq bir problemin (azad seçkilərə nail olmaq) həllinin plan və proqramını hazırlamalıdır və həyata keçirməlidirlər. İdarə heyəti üzvlərinin azı 3-ü ingilis dilində mükəmməl danışa bilməlidir”. Əslində ekspertlər bildirir ki, Rəsul Quliyevin təklifində maraqlı bir nüans var. Bu isə 40 yaşdan yuxarı olan şəxslərin rəhbər strukturlara gətirilməsinin qarşısının alınmasıdır. Müşahidəçilərdə bildirir ki, müxalifətin bu günə qədər uğursuzluğa düçar olmasının başlıca səbəbi gəncləşmənin olmaması və 20 il müxalifətdə olan liderlərin yenə də eyni taktika ilə mübarizə aparmasıdır. Halbu ki, hansı cəmiyyətdə müxalifətin gəncləşməsi prosesi baş veribsə o cəmiyyətdə də yeniliklər olub. Uzağa getməyək elə qonşu Gürcüstanı götürək. Düz 10 il öncə Gürcüstanda müxalifət 38 yaşlı Saakaşvilinin rəhbərliyi ilə hakimiyyətə gələ bildi. Çünki meydanda yeni təfəkkür var idi və cəmiyyət buna maraq göstərdi. Azərbaycanda isə hələ də 20 illik qəlyan tüstüsündən başqa nə tüstü nə də qoxu görünür.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49