Mikayıl Cabbarovdan gözlənilən “işdən azadetmə dalğası”
10:56 07-11-2013
CƏMİYYƏT
Mikayıl Cabbarovdan gözlənilən “işdən azadetmə dalğası”
Təhsil Nazirliyi hansı Bakı məktəblərinin direktorlarının “vurulacağı” barədə anons verdi
Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında aparılan tədqiqatın hesabatı hazırlanıb. Bu barədə Nazirlikdən məlumat verilib.
Həmin hesabatda buraxılış imtahanında 50 ən aşağı nəticə göstərmiş məktəblərin (Bakı Şəhəri üzrə) adları qeyd olunub. Ən aşağı nəticə göstərmiş 50 məktəbdən 17-si Sabunçu rayonunun payına düşür. Siyahıda növbəti yerləri Qaradağ (11) və Xəzər (10) rayonları tutur. Aşağı nəticə göstərmiş məktəblər rayonlar üzrə qeyri-bərabər paylanıb. Bakı şəhəri üzrə Nərimanov, Binəqədi, Xətai, Səbail, Pirallahı rayonları, Təhsil Nazirliyinə tabe və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblər aşağı nəticə göstərmiş məktəblərin siyahısında göstərilməyib.
Qaradağ rayonu ərazisində fəaliyyət göstərən məktəblərin 44%-i, Sabunçu rayonunda 37%-i, Xəzər rayonunda 32%-i 50 ən aşağı nəticə göstərmiş məktəblərin siyahısına daxildir.
İstisna edilmir ki, aşağı nəticə göstərən məktəblərin direktorlarını qarşıdakı dövrdə çətin anlar gözləyir. Onlar rəhbərlik etdikləri təhsil müəssisələrində təhsilin durumunun qeyri-qənaətbəxş səviyyəsinə görə yeni təhsil naziri tərəfindən qınaq və iradlara məruz qala bilər. Hətta həmin məktəblərdə təhsilin vəziyyətini yaxşılaşdırmaq üçün bəzi məktəb direktorlarının “vurulması” da mümkün ehtimaldır.
Bu ehtimalı gücləndirən başqa bir məqam da var. Məsələ burasındadır ki, təxminən iki həftə əvvəl Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirlik açıqlama yaydı ki, məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır. Nazirlikdən verilən xəbərdə o da qeyd olunurdu ki, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə məlumat veriləcək: “Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulub. Qaydalar təsdiq edildikdən sonra bu istiqamətdə işlərə başlanacaq”.
Bu açıqlama da Mikayıl Cabbarovun Azərbaycanda, o cümlədən Bakıda məktəb direktorlarının yeniləşməsi ilə bağlı ciddi hədəflərinin olduğunu deməyə əsas verir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49