Səlim Müslümovdan absurd addım
11:55 08-11-2013
CƏMİYYƏT
Səlim Müslümovdan absurd addım
Yeni nazir vaxtilə nöqsanlarına görə işdən çıxardığı şəxsə niyə vəzifə verdi?
Bəzən Azərbaycanda məmurların məntiqini anlamağa çətinlik çəkirik. Belə anlaşılmaz addımlardan birini isə dünən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov atıb.
Belə ki, bu posta yenicə təyin edilən Müslümov vaxtilə rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunda çıxardığı şəxsə nazirlikdə vəzifə verib.
Söhbət ondan gedir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsinə Çingiz Əliyev təyin olunub. C. Əliyev dünən ilk mətbuat konfransını keçirib və ünvanlı sosial yardımların verilməsində yeniliklərin olacağını nəzərə çatdırıb.
Qeyd edək ki, bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru Çingiz Əliyev vəzifəsindən azad edilmişdi. Həmin vaxt mətbuatda dərc olunan yazılarda buna səbəb kimi Ç. Əliyevin vəzifədən azad edilməsinə səbəb kimi hərbi qulluqçularla bağlı Məhkəmə qətnamələrinin icra edilməməsi və işində yol verdiyi nöqsanlar əsas gətirilirdi.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev olub. S. Müslümov nazir təyin olunandan sonra A.Əliyevi vəzifəsindən azad edib.
İndi maraq doğuran isə Səlim Müslümovun cəmi 5 ay əvvəl işindəki ciddi nöqsanlar səbəbindən görəvdən aldığı şəxsə yeni təyinat aldığı nazirlikdə kifayət qədər önəmli postlardan birini etibar etməsidir. Yəqin ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin bu nonsensi izah etmək üçün tutarlı səbəbləri var. Amma həmin səbəbləri mətbuatın və dolayısı ilə ictimaiyyətin də bilməsi pis olmazdı.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06