"Sülh TV" kanalının açılması kimin xeyrinədir?
11:56 08-11-2013
CƏMİYYƏT
"Sülh TV" kanalının açılması kimin xeyrinədir?
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmaq ideyasını dəstəkləyib.
""Sülh TV" kanalının açılmasına çox yaxşı baxıram"- deyə o bildirib. Azərbaycanlı və erməni gənclərin ortaq telekanal yaratmasının müsbət hadisə kimi dəyərləndirən icma sədri danışıqların müharibədən yaxşı olduğunu vurğulayıb.
"Gənclər bizim gələcəyimizdir. Gənclər bir-biri ilə danışmalıdı, əlaqə saxlamalıdı. Ona görə də gənclərin ortaq layihəsinə pis baxmıram. Erməni gənclərini də izah edib başa salmaq lazımdır ki, başqalarının torpağını zəbt etmək olmaz".
Azərbaycan-Ermənistan gənclərinin birgə yaradacağı və internetdən yayımlanacaq Sülh TV layihəsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sülh TV-nin yaradılması fikrinin Azərbaycanın maraqlarına xidmət etmədiyini deyən QAT-nın sədri Akif Nağı "Unikal"a bildirib ki, "Bu, torpaqların işğaldan azad olunmasına hər hansı bir təsir etməyək. Torpaqların işğal altında olduğu bir dövrdə hər hansı danışığa getmək və müştərək fəaliyyət təklifləri yalnız Azərbaycan torpaqlarının Ermənistana təhvil verilməsinə xidmət edən şəxslər tərəfindən edilə bilər. Ermənilərin əli olan beynəlxalq təşkilatlar bu işlərə pul buraxırlar. Bizdən orada iştirak edənlər həmin pulu mənimsəmək məqsədi ilə qoşulurlar. Hər kəs bunu bilməlidir və yalandan özünə ad qoymasın ki, guya Azərbaycanın imicini formalaşdırırlar. Bunların hamısı yalandır. Yedikləri pullara bəraət qazandırmağa, eyni zamanda həmin təşkilatların qulluqçularına çevrilməyə çalışırlar".
Amma bu kimi layihələrin həyata keçirilməsinə lokal yanaşanlar da var. Müasir düşüncənin, dialoqu vacib etdiyini deyən əməkdar jurnalist Qulu Məhərrəmli "Unkal"a deyib ki, "Yaradılacaq bu media qurumunun dəqiq və real informasiyalar çatdırmağa xidmət etməlidir. Azərbaycan və Ermənistan ictimayəti qarşı tərəfin fikirləri ilə tanış olmalıdır. Amma bunun hansı statusla gerçəkləşdirilməsi vacibdir. Dialoqa yönəli bütün fikirləri dəstəkləmək lazımdır. Yalan vətənpərvərliyi bir kənara qoymaq lazımdır. Dünyanın qəbul etdiyi qaydalarla oynamaq lazımdır. Ermənistanda o qədər təbliğat aparılıb ki, Azərbaycanla bağlı indi Azərbaycan həqiqətlərini deyəndə onlar heyrətlənirlər. Mövqeyin çatdırılması baxımından media platformasının olması vacibdir. Amma bunun gerçəkləşməsinə inanmıram".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49