ABŞ-dan Azərbaycana xoş mesaj
12:58 09-11-2013
CƏMİYYƏT
ABŞ-dan Azərbaycana xoş mesaj
Müxalifətin son ümidi dəfn edildi
Prezident seçkiləri sona çatsada, İlham Əliyev ciddi səs üstünlüyü ilə qələbə qazansada müxalifət yenə də nəyəsə ümid edirdi və bu ümidini cəmiyyətə də siraiyyət etdirməyə çalışırdı. Öncələr bəyan etdilər ki, qərb dövlətləri seçkilərin nəticələrini qəbul etmir və buna görə təkrar seçkilər keçirilməlidir.
Amma seçkilərdən iki gün keçməmiş Fransa, Almaniya, İngiltərə kimi super güclər təbrik məktublarını göndərdilər və İlham Əliyevlə yenidən əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Hərçənd ki, müxalifət ümidli idi ki, son zamanlar Almaniya- Azərbaycan münasibətləri gərgin olduğundan Almaniya hansısa problemlər yaratmağa çalışacaq. Amma aydın oldu ki, Avropadan gələn ilk təbrik elə Almaniyaya məxsusdur. Bununla da qərb təsdiqlədi ki, Azərbaycanda İlham Əliyevin rəqibi yoxdur və o strateji müttəfiq kimi qəbul edilir. Avropa üçün ümidli hallardan biri də bu oldu ki, İlham Əliyev bütün təzyiqlərə baxmayaraq Rusiyanın təklif etdiyi Gömürük İttifaqına qoşulmadı və bununla da qərbin enerji təhlükəsizliyini yenə təmin etdi. Bununla da qərb bir daha əmin oldu ki, İlham Əliyev stabil liderdir və strateji maraqları heç zaman qurban vermir. Bunu da xatırladaq ki, 5 il öncə bütün dünya ilə təcrid olunan Gürcüstana qərb və ABŞ-in köməyi çatmayanda, Rusiyanın aqressiv hərəkət etdiyi zamanlarda Azərbaycan heç bir təzyiqə baxmayaraq Gürcüstanı və Gürcüstanın simasında regionda demokratiyanı qorudu. Bu gün eyni proses təkrarlandı. Bundan sonra müxalifət iddia etməyə başladı ki, okeanın o tayından , ABŞ-dan hələ heç bir reaksiya yoxdur və Cəmil Həsənli ABŞ-a gedəndən sonra ümumiyyətlə Azərbaycana sanksiyalar tətbiq ediləcək. Amma ən gülməlisi bu oldu ki, Cəmil Həsənlinin ABŞ-a getməsindən bir gün öncə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama prezident İlham Əliyevə təbrik məktubu göndərdi.Gəlin öncə təbrikdən bəzi məqamlara baxaq:-“Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Strateji tərəfdaşlığımız üzrə önəmli məsələlərə dair müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. İyirmi ildən artıq davam edən ikitərəfli əlaqələrimiz regional sabitliyə mühüm töhfələr vermişdir. Biz bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayır və tərəfdaşlığımızın gücləndirilməsinə, eləcə də ortaq çağırışlar üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiq qalırıq”. Gördüyünüz kimi ABŞ bu gündə özünü Azərbaycana strateji müttəfiq hesab edir və deməli regionda əsas gücü yenə Azərbaycanın üzərinə yönəldəcək. Çünki Azərbaycan bir tərəfdən regionu Rusiyanın tam işğal etməsinin qarşısını alır, bir tərəfdən qərbin enerji təhlükəsizliyi problemini həll edir, digər tərəfdən isə Əfqanıstanda tərəfdaş kimi çıxış etməklə terrorizmlə mübarizə sahəsində birgə əməkdaşlıq edir. Göndərilən məktubda həm də Dağlıq Qarabağ probleminə toxunulub:-“ Biz, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanmasına nail olmaq məqsədilə tarixi fürsətdən yararlanmaq üçün Sizinlə əməkdaşlıq etməyə hazırıq və bu ayın sonlarında keçiriləcək görüş ilə bağlı Sizin və Prezident Sarqsyanın qərarını alqışlayırıq”. Bu isə təsdiqləyir ki, ABŞ bu il Dağlıq Qarabağ probleminin həlli üçün səylərini daha da artıracaq. Beləliklə gördüyünüz kimi müxalifətin bu dəfə yaratdığı ajiotaj məğlubiyyətlə sona çatdı və demək olar ki, bununla da seçki kitabı bir dəfəlik müxalifətin üzünə bağlandı.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33