Rusiya "Dağlıq Qarabağı" Gömrük İttifaqına qoşur
10:48 13-11-2013
CƏMİYYƏT
Rusiya "Dağlıq Qarabağı" Gömrük İttifaqına qoşur
Qarabağda istehsal olunan məhsullar Gömrük İttifaqına maneəsiz giriş əldə edəcək
Ermənistanın "Qraparak" qəzetinin yaydığı məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volikin parlament komissiyalarından birində çıxış edərkən səsləndirib. Qəzet bununla Dağlıq Qarabağın Gömrük İttifaqının bir hissəsinə çevriləcəyini bildirir. Həmçinin mətbuat orqanı səfirin erməni hökumətinə bununla bağlı yüksək səviyyədə təminat verdiyini də açıqlayıb.
Ölkənin tanınmış politoloqu Qabil Hüseynli "Unikal"a bildirib ki, "Rusiya miqrant ovunu başa çatdırmamış Azərbaycana qarşı daha təhlükəli addımlar atmağa başlayıb. Rusiyadan hər şey gözləmək olar. Moskva Suriya, İran məsələsində dünya ictimaiyyətinə zidd mövqedə dayanırdı. Bakı diplomatik kanallar vasitəsi ilə ABŞ və Qərb ölkələrinə İran və Rusiyanın Bakı ilə bağlı qorxulu planları haqda vaxtında məlumat vermişdi. İran məsələsində Qərb ölkələri Azərbaycanı dəstəkləsələr də, Rusiya məsələsində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirirlər. İlk növbədə Rusiya nüvə ölkəsidir, özü də məsələn, Fransa və ya İngiltərə kimi deyil. Rusiya dünyanı viran qoya biləcək gücdə və az qala Amerika ilə bərabər sayda nüvə başlığına sahibdir. Nüvə silahının olması hələlik Qərbi Rusiya məsələsində ehtiyatlılıq nümayiş etdirməyə sövq edir. Putinin yenidən hakimiyyətə gəlməsi Qərblə Rusiya arasında "soyuq müharibə"nin davam edəcəyinə işarə sayılmalıdır. Və Putinin ən böyük "soyuq müharibəsi" birinci növbədə keçmiş sovet respublikalarına, xüsusən də Azərbaycana qarşı yönəlib".
Politoloq hesab edir ki, "Hamı bilir ki, Dağlıq Qarabağ problemini yaradan və onun həll edilməsinə imkan verməyən məhz Rusiyadır. Rusiya dünyada gedən proseslərə uyuşmaq niyyətinə deyil. Politoloqun fikrincə, xüsusən də Putinin rəhbərliyi altında Rusiya regional dövlət statusu ilə barışmaq niyyətində olmayacaq. Ən təhlükəlisi isə odur ki, indi dünya ilə və keçmiş postsovet məkanı ilə konfrantasiyaya girmək Rusiya hakimiyyətinin maraqlarına cavab verir. Putin hakimiyyətinə mütləq Qərblə və ya hər hansı ölkə dövlətlə qarşıdurma lazımdır. Bu gün Qarabağ məsələsi münaqişə həddinə gəlməsi bizim üçün əlverişli olmaz. Çünki bu Ermənistan deyil, Rusiya ilə savaş olardı. Rusiya da bunu bilə-bilə Azərbaycanla açıq şəkildə qarşıdurma gedir".
Dağlıq Qarabağ ətrafındakı bölgələrin işğalının yalnız erməni deyil, Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini xatırladan politoloq o zaman Rusiya generallarının Kür çayına qədər Azərbaycan torpaqlarını işğal etmək və ölkənin şərqi ilə qərbi arasında əlaqəni kəsmək planlarının olduğunu xatırlatdı: "Həmin vaxt Azərbaycan ordusunun uğurlu əməliyyatları və atəşkəs bağlanması ilə bu plan pozuldu. İndi Rusiya açıq deyir ki, münaqişə alovlansa, Ermənistanı tək qoymayacaqlar. Özü də bu ifadələr diplomatik deyil, russayağı açıq formada deyilir. Bu mənada biz ərazilərimizin işğalında Rusiyanın ermənilərə dəstəyini görmüşüksə, yeni əməliyyatlarda Rusiyanı yenə görə bilərik".
Politoloqa görə, "Rusiya Azərbaycanın güclənməsini, iqtisadi cəhətdən qüvvətlənməsini həzm edə bilmir. İkinci tərəfdən, Azərbaycan son illərdə Rusiyanı rəncidə edə biləcək bir neçə addım atıb. İsraildən silah alıb və transxəzər qaz kəmərinə qoşulmağa razılıq verib. İndiki vəziyyətdə Azərbaycan Rusiyanın bu addımının qabağını almaq üçün beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışmalıdır. Düzdür, Rusiya sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, amma Dağlıq Qarabağı da Gömrük İttifaqına qoşmaq niyyətində olması ondan xəbər verir ki, Rusiya Azərbaycanı parçalamaq niyyətindədir".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Unikal"a açıqlama verərək bildirib ki, "Rusiya dünyanın gözü qabağında Azərbaycanın bir hissəsini, yəni Dağlıq Qarabağı Gömrük İttifaqına qoşacaqsa, bu o deməkdir ki, Rusiya artıq birbaşa Azərbaycanın ərazi bütövlüyünün pozulmasına girişib və bunun adı işğaldır. Və bu fakt da tam şəkildə konkretləşəcək ki, əslində, Qarabağı işğal edən Ermənistan deyil, Rusiyadır. Bu addımın atılması Rusiyanın ciddi diplomatik məğlubiyyəti olacaq".
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22