Türkiyədən Ermənistana çağırış
10:48 13-11-2013
CƏMİYYƏT
Türkiyədən Ermənistana çağırış
Erməni cəmiyyəti güzəştə hazırdır
"Türkiyə İsveçrədən Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək göstərməsini və Ankaranın Ermənistanla əlaqələri bərpa etməsi üçün yol açmasını xahiş edib".Diplomatik mənbədən bildirilib ki, bu məsələ Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun oktyabrın ortalarında İsveçrəyə səfəri zamanı müzakirə olunub. Həmin səfər zamanı Ə. Davudoğlu bildirib ki, Türkiyə Ermənistanla əlaqələri normallaşdırmağa hazırdır, bir şərtlə ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyə başlasın.
Türkiyə XİN-dəki mənbə deyib ki, Ankara uydurma "erməni soyqırımı"nın 100 illiyinin qeyd olunacağı 2015-ci ilə qədər Ermənistanla münasibətləri normallaşdırmağı planlaşdırır.Xatırladaq ki, 2009-cu ildə İsveçrədə Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanıb. "Davudoğlu öz səfəri zamanı İsveçrə rəsmilərinə bildirib ki, əgər Ermənistan işğal olunmuş əraziləri tərk edərsə və bunun üçün Bakının da qəbul edəcəyi dəqiq müddət müəyyənləşdirərsə, biz bu protokolları həyata keçirməyə hazırıq. O, İsveçrə rəsmilərini Ermənistan hökumətini buna inandırmağa çalışmağa çağırıb", deyə mənbə qeyd edib. Onun sözlərinə görə, İsveçrə tərəfi təklifə müsbət yanaşıb.Adının çəkilməsini istəməyən məmur bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağa görə deyil, işğal olunmuş ətraf rayonlara görə bağlayıb. O deyib ki, Azərbaycan Ermənistanın 7 rayondan 5-ni tərk edəcəyi təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməyəcək.Maraqlıdır, bəs bu nə qədər mümkün bir variantdır və Türkiyənin bu şərtlərlə sərhəddi açmasına Azərbaycanın yanaşması necə olacaq? Ekspertlər bildirir ki, əslində Türkiyənin verdiyi bu təklif ATƏT-in Minsk qrupunun son təklifidir və Azərbaycan tərəfi bunu qəbul etmişdi. Öncələr Ermənistanda bununla razlılaşmışdı və son anda Serj Sarkisyan daxili prosesləri nəzərə alaraq bundan imtina etdi. Hazırda isə yenə bu mövzu gündəmdədir. Hətta iddia olunur ki, Azərbaycan Gömürük İttifaqına üzv olarsa Rusiyada bu variantın həyata keçməsi üçün Ermənistana təzyiq edə bilər. Həqiqətən də Rusiya bu işdə açar rolunu oynaya bilər və hesab edilir ki, Türkiyə bu işdə İsveçrədən yox, elə Rusiyadan dəstək istəməlidir. Çünki İsveçrənin proseslərə bu və ya başqa şəkildə mnüdaxilə etməsi sadəcə mümkünsüzdür. Amma başqa bir məqamda var, Ermənistan cəmiyyəti buna hazırdırmı? Ekspertlər bildirir ki, hazırda Ermənistanda iki xətt daşıycıları var. Birinci xətt daşıyıcıları Dağlıq Qarabağ probleminin həll olunmasını, Azərbaycanla münasibətlərin qaydaya salınmasını və Ermənitanın qərbə yol tapmasını istəyən qüvvələrdir. Onların fikrincə Ermənistan iqtisadiyyatının inkişafı üçün Dağlıq Qarabağ problemində Azərbaycanla razılığa gəlmək lazımdır. Bunu da qeyd edək ki, bu xətt tərəfdarları əsasən yerli ermənilərdir. Amma Ermənistanda kifayət qədər ciddi bazaya , kapitala və siyasi rıçaqlara sahib olan Qarabağ erməniləri qəti şəkildə güzəştdən imtina edir və işğal olunmuş torpaqların bir dövlət şəkilində idarə olunmasını istəyirlər. Öncələr Ermənistanda gənclik məhz bu qanadın yanında idi və bu səbəbdən Ermənistan rəhbərliyi lazımi qərarları çıxara bilmirdilər. İndi isə artıq onlar da tükənməyə başlayıb və Ermənistanda sülh tərəfdarlarının sayı günbə-gün artmaqdadır. Çünki hazırda ölkə sosial bataqlıq içindədir və hesab edilir ki, bu bəladan qurtulmaq üçün mütləq savaşa son verilməlidir. Tək bunu demək kifayətdir ki, son 20 ildə Ermənistandan bir milyondan çox erməni başqa ölkələrə gedib. Statistik rəqəmlərə görə hazırda yalnız Türkiyədə 30 min erməni qeyri-qanuni şəkildə yaşayır və bu ölkəyə maraq hər gün artır. Buna görə də tələb edilir ki, Türkiyə ilə münasibətlər qaydaya salınsın və ermənilər Türkiyəyə gəlirli iş yeri kimi baxırlar. Son zamanlar Rusiyada qafqazlılara münasibət pisləşəndən sonra Türkiyənin çəkisi daha da artıb. Buna görə də hesab edilir ki, hazırda Ermənistan rəhbərliyi riskli addım atarsa erməni cəmiyyəti bunu anlaşıqla qəbul edəcəklər.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10